197
Xalçanın şəkəri yerlikli ana haşiyəsi sürməyi, qəhvəyi,
göy, mavi, ağ, boz və xına rəngli nəbati və “dolama islimi”
elementləri ilə bəzədilib.
Boz rəngli bala haşiyələr isə sürməyi, mavi, şəkəri, qəhvəyi
rəngli “sadə islimi”lərlə işlənmişdir. Bala haşiyələri mavi yer-
likli şəkəri, qəhvəyi, sürməyi rəngli “zəncirə”lər əhatə edir.
Xalçanın haşiyə zolağını təşkil edən elementlərdən biri də
göy və qəhvəyi rənglərlə tərtib edilmiş “siçandişi”lərdir.
Bütün haşiyə zolaqları bir-birindən qəhvəyi rəngli incə
“su”larla ayrılır.
Xalçanın rəng tərtibatı klassik Təbriz xalçalarına məxsus
rənglər əsasında qurulmuşdur. Göy, sürməyi və açıq-qəhvəyi,
şəkəri rənglərin uyumu xalçaya zəngin görünüş verir və hər
bir kəsdə xoş əhvali-ruhiyyə yaradır.
Xalçanın yuxarı və aşağı hissəsində şəkəri rəngli ipək saçaq-
lar vardır. Xalçanın xovu yun və ipək, əriş və arğacı isə pam-
bıqdır. Saxlanma vəziyyəti əladır.
Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,187,188,189,190,191,192,193,194,195,196 198,199,200,201,202,203,204,205,206,207,...362