196
Xalça yüksək sıxlıqla toxunmuşdur. Yununun quru və rənglərin solğun olması xalçaya xüsusi görünüş gətirir. Bu, xalça-
nın iplərinin boyanması prosesində istifadə olunan suyun mineral tərkibi ilə bağlıdır. Təbriz şəhərindəki şor sulu bulaqda
boyanılan iplər suyun tərkibindəki mineralların təsiri ilə sönük rəng çaları alır.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Ara sahənin şəkəri yerliyində həndəsi medalyonlar və “qübbə”lər təsvir edilmişdir. Həndəsi medalyonlar şəkəri, açıq-
qəhvəyi, göy rənglərlə, “qübbə”lər isə sürməyi rənglə tərtib edilmişdir.
Xalçanın kompozisiyası “şəbəkə” formasında tərtib edilib. Kompozisiyanın naxışları enli şəbəkə əsasında əmələ gəlir. Bu
şəbəkə eyni istiqamətdə düzülmüş medalyonların bir - birinə keçməsi ilə təzahür edir.
Şəkəri, göy və açıq-qəhvəyi rəngli medalyonların içərisi göy, mavi, boz, sürməyi, qəhvəyi rəngli gül-çiçək, budaq və yar-
paqlar, “sadə islimi”lərlə bəzədilmişdir.
Sürməyi rəngli “qübbə”lər isə göy, qəhvəyi, ağ, şəkəri, boz rəngli beşləçəkli və altıləçəkli güllərlə, eyni rəngli yarpaqlarla
və digər medalyonlarda olduğu kimi, ağ rəngli “sadə islimi”lərlə bəzədilib.
Ara sahənin sağ və solunda boz rəngli medalyonların, yuxarı hissəsində göy rəngli medalyonların, aşağı hissəsində isə
sürməyi rəngli “qübbə”lərin və şəkəri rəngli medalyonların ikidə bir hissəsi təsvir edilmişdir.
1...,186,187,188,189,190,191,192,193,194,195 197,198,199,200,201,202,203,204,205,206,...362