29
Ömər Xəyyam (1048-1122-ci illərdən sonra) Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur. Gənc yaşlarında
Nişapuru tərk edib, uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana, rəsədxanaya
rəhbərlik etmək üçün dəvət alıb. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından
sonra İsfahanı tərk etməli olub. Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyib, amma ona
çox arzuladığı yeni rəsədxana açmaq qismət olmayıb. Şərqdə, eləcədə Qərbdə müdriklik, yumor və satira dolu, bəzən də
bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyamın rübailəri Avropaya
Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.
Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyyatçılarından biri olmuşdur. “Riyazi problemlərin nümayişinə
dair” traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini
ilk dəfə həndəsi yolla – hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini
Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.
Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi
təqiblərindən həmişə qorxu içində yaşayıb. O, həyatının son saatlarında İbn Sinanın “Şəfa kitabı”nı diqqətlə oxuyurmuş.
“Tək və cəm” bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları
çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə
gedərək deyib: ”Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin
qarşında xidmətimdir”. Bununla da canını tapşırıb.
Ömər Xəyyam yaxınlarına deyirmiş ki, “Qəbrim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək”.
Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları
böyük mütəfəkkirin qəbrinə çətir tuturmuş.
İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olurdu. O, İbn-Sinanın böyük elmi
irsini diqqətlə öyrənirdi, bir neçə əsərini ərəb dilindən fars dilinə tərcümə etmişdi. Ömər Xəyyam ilk fəlsəfi əsərini — “Varlıq
və zərurilik haqqında traktat”ı 1080-ci ildə yazmışdır. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin
ayrı-ayrı vacib məsələlərinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım
bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.
Gördüyün qulpu çamur parçası zənn etmə, saqın,
Bir gözəl boynuna keçmiş qola çox bənzəri var!
(Çevirəni: Hüseyn Cavid).
Görünür mən kimi olmuş bu da bir aşiqi-zar,
Bağlamışdır onu zəncirinə bir zülfi-nigar.
Bürclər içərisində verilmiş səhnədə ağac altında oturmuş Ömər Xəyyam təsvir edilmişdir. Onun qarşısında üzərində ərəb
qrafikası ilə “Ömər Xəyyam” (
) yazılmış kitab və kuzə vardır. Kuzənin içərisindən çıxan tüstüdə qucaqlaşmış halda
aşiq və məşuq təsviri görünür.
Xalçanın kompozisiyası “Dörd fəsil“ adlı quruluş əsasında süjetli təsvirlərlə tərtib edilmişdir. Xalçanın bədii tərtibatında,
toxunma prosesində toxucularla yanaşı, peşəkar rəssamlar və xəttatlar iştirak etmişdir.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Ara sahənin mərkəzində sağ (
/
) və sol (
/
) hissələrdə kətəbələrin içərisində Ömər
Xəyyamın rübaisi nəstəliq xətti ilə yazılmışdır. Kətəbələrdə verilən rübai Ömər Xəyyamın ən məşhur rübailərindən biridir.
1...,19,20,21,22,23,24,25,26,27,28 30,31,32,33,34,35,36,37,38,39,...362