36
Xalçanın ara sahəsinin yuxarı hissəsində, sağ və sol
tərəflərdə məscid binaları vardır. Aşağı hissədə sağ və
solda da tikililər görünür. Bundan əlavə, təbiət təsvir­
lə­ri aşağıdakı ardıcıllıqla verilib: yuxarıda, sol hissədə
cütçü yer şumlayır, kəndli suvarma ilə məşğuldur, qo-
yunlar isə çəmənlikdə otlayır; yuxarı hissədə, sağda bir
kəndli ulaq üzərində yük aparır, o birinin yanında isə
it və öküz təsvir edilmişdir. Aşağıda, soldakı səhnədə
kişinin əlində oraq var, kəndlilər isə buğda kürüyürlər.
Başqa bir kəndli isə ulaqla yük aparır; aşağı hissədə,
sağda isə qadın su aparır, ceyran su içir, biri ulaqla, o
biri isə atla olmaqla iki adam yol gedir.
1...,26,27,28,29,30,31,32,33,34,35 37,38,39,40,41,42,43,44,45,46,...362