27
Xalçanın ara sahəsi, haşiyəsi və mədaxillər şəkəri yerliklə,
bala haşiyələr isə mavi rənglə tərtib edilmişdir. Ara sahədəki
və ana haşiyədəki əfsanəvi quşlar tünd və açıq-yaşıl, qəhvəyi
rənglərlə, bitki elementləri isə çəhrayı, mavi, tünd və açıq-
qəhvəyi, yaşıl rənglərlə işlənmişdir. Bitkilərin kənarları suma-
ğı, mavi, açıq və tünd-yaşıl, çəhrayı rənglərlə tərtib edilmişdir.
Ana haşiyə daxildən və xaricdən içərisində gül-çiçək, yar-
paq və zəncirvari düzülüşlə işlənmiş budaqlarla bəzədilmiş
bala haşiyələrlə əhatə olunub. Güllər çəhrayı, şəkəri, yarpaq-
lar yaşıl, tünd-qəhvəyi, zəncirvari budaqlar isə şəkəri, çəhrayı
və badımcanı rənglərlə işlənmişdir. Xalçanın ara sahəsinin
mərkəzindəki medalyon çəhrayı yerliklə, digər medalyonlar
isə yaşıl yerliklə tərtib edilmişdir. Xalçada şəkəri rəng çox-
luq təşkil edir. Bala haşiyələr içərisində cüzi nəzərəçarpan
kiçik ölçülü “qoşabuynuz” və çiçəklər işlənmiş şəkəri yerlik-
li mədaxillərlə əhatə olunub. Mədaxillərin kənarları çəhrayı
rəngli “su”larla tamamlanır. Xalçanın kənarları xaricdən
qəhvəyi, ağ rəngli “mollabaşı” motivləri işlənmiş mədaxillə
əhatə olunub.
Azərbaycanın Təbriz xalçaları üçün səciyyəvi olan rənglər
bu xalçada öz əksini tapmışdır. Rəng tərtibatı bu xalçada
yüksək peşəkarlıqla həll edilmiş, hər kəsə rahatlıq duyğusu
gətirən bir görünüş yaradılmışdır.
Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdır. Saxlanma
vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,17,18,19,20,21,22,23,24,25,26 28,29,30,31,32,33,34,35,36,37,...362