32
Sağ haşiyədə, mərkəzdən bir qədər yuxarı hissədə İrəcin
( ) təsviri vardır. İrəc İranın Əfsanəvi şahlarından biri,
Cəmşidin nəvəsi, Pişdadiyan sülaləsinin altıncı hökmdarı
Firidunun üçüncü oğludur. Firidun öz mülkünü üç oğlu
arasında bölərək İran ərazisini İrəcə vermişdir. Qardaşlar
Müslüm və Tur bu bölgüdən narazı qalaraq paxıllıqdan
İrəci öldürmüşlər. Firidun da qeyzlənərək Müslüm və
Turu öldürüb İrəcin oğlu Mənuçehri özünə vəliəhd təyin
etmişdir.
Sol haşiyədə, mərkəzdən bir qədər aşağı hissədə Sul-
tan Mahmudun (
) təsviri verilmişdir.
SultanMahmud Qəznəvi Qəznəvilər dövlətinin banisi
olmuşdur. 997- ci ildən 1030-cu ilə qədər hakimiyyətdə
olmuşdur. Şərqi İranı, Türküstanı və Hindistanın şi-
mal hissəsini zəbt edib, böyük bir dövlət yaratmışdır.
O, həmin ölkələri qarət edərək sarayına böyük sərvət
toplamışdır. Firdovsi “Şahnamə” əsərini onun sifarişi
ilə yazmışdır. 33 il hökmdarlıq edən Sultan Mahmud 51
yaşında xəstəlikdən vəfat etmişdir.
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...362