26
“Şahnamə”də divdən, pəridən çox danışılıb və Fi-
ridunun padşahların içərisində təsviri təsadüfi de-
yil. Bu xalçada külli miqdarda heyvan təsvirləri ve-
rilib. Onların hamısı xəyali təsvirlərdir. Firdovsinin
“Şahnamə”sindəki təsvir­lərin heç biri həqiqi deyil.
Padşahların başı üstündə günəş şüası içərisindəki in-
san obrazları onların nur saçmasına bir işarədir. Yəni
onlar gün işığı kimi hər yana nur saçır.
Ara sahədə yuxarı çevrədəki qızlar Ənuşirəvanın
mələklərinə işarədir. Bu, onunla izah edilir ki,
Ənuşirəvan hərəmxanaya çox əhəmiyyət verərmiş.
Ara sahənin aşağı və yuxarı hissələrində xəyali pərilər
təkrar-təkrar təsvir edilmişdir.
1...,16,17,18,19,20,21,22,23,24,25 27,28,29,30,31,32,33,34,35,36,...362