23
Xalçanın çeşnisi peşəkar rəssamlar və xalçaçılar tərəfindən tərtib edilib. Təsvirlər realizmə yaxın üslubda işlənmişdir.
Xalçada Azərbaycan xalçalarında rast gəlinən naxış və elementlərlə bərabər, Barokko üslubunda olan naxışlar da öz əksini
tapmışdır. Bu da Avropa incəsənət əsərlərinin XIX əsrdə Şərq ölkələrində geniş yayılması ilə bağlıdır.
Süjetli Təbriz xalçalarındakı təsvirlər, bir qayda olaraq, Azərbaycan miniatürlərinə əsaslanırdısa, bu xalçada verilən insan
surətləri, daha çox, ikonoqrafik həllinə görə seçilir.
“Şahnamə”də adı çəkilən hökmdarların təsvir olunması bu xalçanın xüsusi sifarişlə toxunduğunu və sarayda divardan
asılmaq üçün nəzərdə tutulduğunu ehtimal etməyə əsas verir.
Xalçanın kompozisiya quruluşu göl və piçək bəndlik əsasında tərtib edilmişdir.
Xalçanın ara sahəsində, medalyonun içərisində
Sasani hökmdarı Ənuşirəvan təsvir edilib. Onun
ləqəbi Adil idi (
); Sasanilər dövründə
(III-IV əsrlər) ədalətli hökmdar kimi yadda qalmış-
dır. Ənuşirəvan elmə çox əhəmiyyət verirdi. Onun
dövründə çoxlu kitablar yazılmışdır.
Sağdan birinci Xosrov Pərvizin (
) portreti
təsvir edilib. Xosrov Pərviz də Sasani padşahlarından bi-
ridir. Peyğəmbər Həzrəti Məhəmməd İrana zərdüştilərin
islamı qəbul etməsi üçün məktub göndərdiyi dövrdə
Xosrov Pərviz şah idi. O, Həzrəti Məhəmmədin
göndərdiyi məktubu cırmış və İslamı qəbul etməyəcəyini
elan etmişdir. Xosrov Pərviz cavanlığında çox inadkar
idi, hakimiyyət dövründə xalqına zülm etmişdir.
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...362