35
Xalçanın ara sahəsinin yuxarı hissəsində I Şapu-
run təsviri vardır. I Şapur (
) (239/241-272) Sa-
sani hökmdarı olmuşdur. Atası I Ərdəşirin dövləti
möhkəmləndirmək siyasətini davam etdirərək, xey-
li ərazi zəbt etmişdir. 260-cı ildə Edessa yaxınlığında
Roma ordusunu darmadağın edərək, imperator Valeri-
anı əsir tutmuşdur. Valerian Şapurun atının ayağına dü-
şür, Şapurun ayağından öpür ki, onu bağışlasın. Onun
kitabələri Şirazdan 35 km aşağı Nəqşi-Rüstəmdə var-
dır (dağda daş üzərində yazılıb). I Şapurun dövründə
İranda geniş süni suvarma kanalları yaradılmış, tikinti
işləri aparılmış və şəhərlər salınmışdır. Onun dövründə
zərdüştilik daha da möhkəmlənmişdir.
Xalçanın ara sahəsində aşağı hissədə Sultan Hüsey-
nin (
) təsviri verilmişdir.
Sultan Hüseyn (1438-1506) – Xorasan hökmdarı (1470-
1506), Teymurilərin sonuncu görkəmli nümayəndəsi,
şair olmuşdur. O, 1470-ci ildə Heratda hakimiyyəti
ələ keçirmiş, 1472-ci ildə keçmiş məktəb yoldaşı Əlişir
Nəvaini baş vəzir təyin etmişdir. Sultan Hüseyn Bay-
karadan sonra feodal çəkişmələri və oğlanları arasın-
dakı hakimiyyət uğrunda mübarizə yaratdığı dövləti
zəiflətdi. 1507-ci ildə Şeybanilər onun dövlətinə son
qoydular. Elmə, ədəbiyyata, sənətə böyük qiymət verən
Sultan Hüseyn “Məcalis əl-uşaq” əsərinin müəllifidir.
1...,25,26,27,28,29,30,31,32,33,34 36,37,38,39,40,41,42,43,44,45,...362