30
Haşiyənin yuxarı hissəsində, sağ küncdə Hafiz Şirazi-
nin (
) təsviri verilir.
Məhəmməd Hafiz Şirazi (təqr. 1325-1389) dövrünə
görə mükəmməl təhsil görmüş bir şəxs olub. Müstəsna
yaddaşı olan Hafiz Quranı əzbər bilirdi. Lirik şair kimi
şöhrət tapmış Hafizin ölümündən sonra toplanıb tərtib
olunmuş divanı dəfələrlə köçürülmüş və çap edilmiş-
dir. Ondan sonra gələn bütün sənətkarlar və alimlər
Hafizin şeirlərinə çox yüksək qiymət vermişlər.
Xalçanın ara sahəsini əhatə edən ana haşiyədə, yuxarı sol
küncdə Xacə Ünsüri (
) təsvir edilmişdir. Xacə
Ünsüri-Əbülqasim Həsən İbn Əhməd Bəlxi Qəznəvilər
dövlətinin banisi Sultan Mahmudun saray şairlərindən biri
olmuşdur. Əsərlərinin çoxunu Sultan Mahmuda həsr etmiş-
dir.
Sultana təqdim olunmalı əsərlərə də əvvəlcə Ünsüri bax-
malı, qiymət verməli idi. O, Sultan Mahmudun yanında
çox böyük var-dövlət sahibi olur. Sultan Mahmudun bütün
səfərlərində onun yanında olub. 2000 beyt həcmində divanı
və bir neçə məsnəvisi dövrümüzə qədər gəlib çatmışdır.
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...362