33
Sol haşiyənin aşağı küncündə Baba Tahirin (
)
təsviri vardır. Deyilənə görə, lüt gəzdiyi üçün ləqəbi
Üryan olmuşdur. Baba Tahir Üryan Həmədani (təqr.
1000-1055) XI əsrin məşhur sufi şairlərindən biridir.
Həyatı haqqında məlumat çox azdır. Əsərlərindən
dövrümüzə gəlib çatan ərəb dilində, sufi əqidəsində
olan aforizmlərdən və bir də arifanə tərzdə yazılmış
gözəl dübeytlərdən ibarət olan bir məcmuədir.
Dübeytlər lor ləhcəsində yazılmışdır. Bu divanda
onun 354 rübaisi və 4 qəzəli vardır.
Sağ haşiyədə, mərkəzdən bir qədər aşağı hissədə II
Fərhadın (
) təsviri verilib.
II Fərhad – Kəyan sülaləsinin ikinci hökmdarı Keyka-
vus ibn Keyqubadın dövründəki qəhrəmanlardan olan
Qüdərzin oğludur.
1...,23,24,25,26,27,28,29,30,31,32 34,35,36,37,38,39,40,41,42,43,...362