341
Əhməd Şah Qacarın portretləri müxtəlif xalçalarda medalyon
içərisində və ara sahə boyu tağ içərisində yerləşdirilmişdir. Xalça-
çı sənətkarlar üslubun, koloritin bütün incəliklərinə riayət edərək,
çox canlı bir obraz yaratmışlar.
Xalçanın ara sahəsində ağ yerlikdə Əhməd şah Qacarın oturmuş
halda təsviri verilmişdir. Əhməd şah Qacar (1909-1925) Qacarlar
sülaləsinin sonuncu şahıdır. Əhməd Şahın hakimiyyətə keçəndə
yaşı çox az idi. Şura qərara gəldi ki, o, dövlətin işlərinə müdaxilə
etməsin.
Əhməd şah Qacar xoşxasiyyətli bir adam idi. Onun dövründə İra-
nın Şura Məclisi top atəşinə tutuldu. Elə bir şah idi ki, iqtidarı yox
idi, onun hakimiyyəti dövründə hərc-mərclik çox idi. Əhməd şah
Qacar şah olmamışdan əvvəl Əhməd Mirzə adı ilə çağırılırdı.
Onun libasının üzərində nizami geyimi, döşündə nişanlar,
çiyinlərində rütbə nişanı, çiynində rütbə kəməri və belində qəhvəyi
kəmər, əlində isə qılıncı vardır.
Xalçanın ara sahəsinin sağ və sol hissələrində sütun vardır. Sağ
hissədəki sütunun yanında içərisində beşləçəkli qırmızı güllər
təsvir edilmiş güldan vardır. Sütunları bir-birinə yaşıl rəngli, qo-
tazlı pərdə birləşdirir. Qotazlar qırmızı, mavi, qara rənglərlə, qılın-
cı zoğalı, şəkəri, mavi, qara və ağ rənglərlə, tacı isə çəhrayı, mavi,
ağ, zoğalı, tünd və açıq-qəhvəyi və sürməyi rənglərlə işlənmişdir.
Şahın ayağı altında, döşəmədə ara sahəsi qəhvəyi yerlikli və
kənarları ağ rəngli, rombşəkilli və qırmızı, mavi, sarı rənglərlə,
güllərlə işlənmiş xalça vardır. Xalçanın ara sahəsinin yuxarı
hissəsində, şahın arxasında divarda mavi rəngli, sürməyi yerlikli,
haşiyəsi sarı güllərlə işlənmiş xalça təsvir edilib. Xalçanın suma-
ğı yerlikli ana haşiyəsində qırx dörd medalyon təsvir edilib. Me-
dalyonlar ağ, sarı, zoğalı, yaşıl, mavi, sürməyi, qəhvəyi rənglərlə
işlənmişdir. Medalyonların arasındakı boşluqlar gül-çiçək və yar-
paqlarla doldurulmuşdur. Ana haşiyə hər iki tərəfdən içərisində
nəbati elementlər işlənmiş sarı yerlikli bala haşiyələrlə əhatə olu-
nub. Bala haşiyələrin kənarları şəkəri rəngli “su”larla tamamlanır.
Ara sahəni əhatə edən bala haşiyə daxildən içərisində qırıq-qırıq
xətlər işlənmiş mədaxillə əhatə olunub. Kənardakı bala haşiyə isə
xaricdən mavi rəngli diliklərlə tamamlanır. Xalça çox zəngin rəng
tərtibatına malikdir . Xalçada 12 rəng çalarından istifadə edilmiş-
dir.
Xalçanın xovu yun, ərişi və arğacı pambıqdır. Saxlanma vəziyyəti
əladır. Xalça yüksək tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,331,332,333,334,335,336,337,338,339,340 342,343,344,345,346,347,348,349,350,351,...362