47
Səfəvilər sülaləsinin qüdrətli hökmdarlarından biri sayılan Şah Abbasa
həsr edilmiş xalçalar bütün dövrlərdə xalçaçı sənətkarların böyük mara-
ğına səbəb olmuşdur. Bu xalçaların tərtibatında miniatürçü-rəssamlar,
xəttatlar və təcrübəli xalçaçılar iştirak etmişlər. Xalça müəllifləri ənənəvi
mənbədən bəhrələnərək, miniatür təsviri sənət üslubundan istifadə etmiş,
obrazları çox canlı və dəqiqliklə işləyib nadir sənət nümunələri yaratmağa
nail olmuşlar.
Xalça mürəkkəb kompozisiya quruluşuna malikdir.
Sürməyi yerlikli ara sahədə, şəkəri yerlikli medalyonun içərisində Səfəvi
dövlətinin hökmdarı Şah Abbas Səfəvi (1571 – 1629), onun xanımı və oğlu
Şah I Səfinin (1629 – 1642) təsviri verilmişdir.
Medalyonun içərisində sağdan birinci Şah Abbasın xanımı, ikinci Şah
Abbasın özü, üçüncü isə onun oğlu I Səfinin təsviridir. Şəkillərin üstündə
nəstəliq xətti ilə sağ kətəbədə “Mələkə” ( ), mərkəzi kətəbədə “İran im-
peratoru” (
), sol kətəbədə isə “Vəliəhd” (
) yazılmışdır.
Ara sahənin yuxarı hissəsində,
mərkəzdəki medalyonun içərisində
Azərbaycan Səfəvilər dövlətinin ba-
nisi, böyük dövlət xadimi və şair Şah
İsmayıl Xətainin (
) (1487 – 1524)
portreti vardır.
Ara sahənin yuxarı hissəsində, sol
küncdəki medalyonun içərisində Nadir şah
Əfşarın (1688-1747) portreti verilmişdir.
1...,37,38,39,40,41,42,43,44,45,46 48,49,50,51,52,53,54,55,56,57,...362