40
Bu xalça ölçüsü, naxış və rəng tərtibatına görə dünyanın ən
məşhur Ərdəbil xalçalarından biridir. Ornamentlərinin, rəng ça-
larlarının mürəkkəbliyinə görə fərqlənən xalçanın çeşnisinin bir
neçə xalçaçı rəssam tərəfindən tərtib olunduğu ehtimal edilir. Belə
böyük ölçülü və zəngin naxış kompozisiyasına malik xalçaların
toxunmasında rəssamların özləri də iştirak edirdilər. Toxucular
iş prosesində birbaşa rəssamların göstərişi əsasında ilmə vurur-
dular. Xalçanın üzərində onun Ərdəbil şəhərinə məxsus olduğu-
nu göstərən “Ərdəbil” yazısı var. Amma bu yazı olmadan belə,
xalçanın rəng həllinə görə onun məhz Ərdəbilə aid olduğunu
müəyyənləşdirmək olur. Xalçada Ərdəbilin təbiətini, onun xal-
çaçılıq ənənələrini əks etdirən naxış və rəng çalarlarından istifadə
olunub.
Xalça ara sahə və haşiyə hissəsindən ibarətdir. Qırmızı yerlikli
ara sahənin mərkəzində bir ədəd sürməyi yerlikli böyük ölçülü
göl, sürməyi yerlikli gölün mərkəzində isə səkkizbucaqlı, şəkəri
yerlikli nisbətən kiçik göl yerləşdirilmişdir.
Böyük ölçülü sürməyi yerlikli gölün qalan boş hissələri qollu-bu-
daqlı ağac və gül-çiçək təsvirləri ilə bəzədilib. Bu elementlər şəkəri,
qırmızı, çəhrayı, mavi, bənövşəyi, ağ rənglərlə işlənmişdir.
Gölün aşağı və yuxarı hissələrində “qübbə” yerləşdirilmişdir.
“Qübbə”nin kənarları şəkəri, daxili sürməyi yerlikli, içərisində
təsvir edilən güllər bənövşəyi, çəhrayı, qırmızı və mavi rənglərlə
işlənib. “Qübbə”nin hər iki tərəfində bir-birinin ardınca iki müxtəlif
ölçülü medalyon yerləşdirilmişdir.
Xalçanın ara sahəsinin aşağı və yuxarı hissələrində yarımçıq göl
təsvirləri vardır. Bu yarımçıq göllər mavi, sürməyi, şəkəri, qırmızı
və narıncı rənglərlə tərtib edilmişdir.
Ara sahənin yuxarı və aşağı künclərində kənarları sürməyi və
bənövşəyi rəngli budağa bənzər elementlərlə haşiyələnən, yerliyi
sarı böyük ölçülü medalyonun dörddə bir hissəsi yerləşdirilib. Me-
dalyonların mərkəzində beşləçəkli gül, qalan boşluqlar isə mavi,
qırmızı, narıncı, açıq-yaşıl, ağ, bənövşəyi rəngli gül-çiçək, budaq
təsvirləri ilə bəzədilmişdir. Xalçanın kənarlarındakı bu yarımçıq
medalyonlar ümumi kompozisiyanı tamamlayır.
Ara sahənin sağ və sol hissələrində iki ağ yerlikli, dörd şəkəri yer-
likli və açıq-qəhvəyi yerlikli yarımçıq medalyon təsvir edilmişdir.
Ara sahənin boşluqları ağ, şəkəri, sarı, mavi, yaşıl, sürməyi, qır-
mızı, bənövşəyi, açıq-qəhvəyi rənglərlə işlənmiş gül-çiçək , ağac
budaqları və yarpaqlarla doldurulmuşdur.
Xalçanın haşiyə hissəsi də çox zəngin və rəngarəngdir. Sürməyi
yerlikli ana haşiyə ağ, şəkəri, sürməyi, mavi, qırmızı, bənövşəyi,
çəhrayı, açıq-qəhvəyi rəngli dairəvi gül və ləçəklərlə bəzə­dil­mişdir.
Güllərin cərgəsini aşağı və yuxarı hissədən “buta”yabənzər yar-
paqlar əhatə edir. Bu gül-çiçəkləri və yarpaqları bir-birinə çəhrayı
rəngli zəncirvari budaqlar bağlayır.
1...,30,31,32,33,34,35,36,37,38,39 41,42,43,44,45,46,47,48,49,50,...362