57
Təbriz xalçaçılığının xarakterik xüsusiyyətlərindən biri
o idi ki, xalçalarda ənənəvi motivlərlə yanaşı, Avropa sü­
jetlərindən, tarixi və dini motivlərdən istifadə edilirdi. Cə­
nubi Azərbaycan və İranın bir sıra şəhərlərində emalatxa-
nalar və fabriklər fəaliyyət göstərirdi. Bu emalatxanalar­da
və fabriklərdə Qərbi Avropa rəsmlərindən surəti götürül-
müş xalçalar toxunurdu. Xalça istehsalı Təbriz tacirlərinin
nəzarəti altında idi. Onlar Avropa bazarının zövqünü təmin
etməyə çalışırdılar.
Bununla belə, motivlərin Qərbi Avropa mənbələrindən iq­
tibas olunduğuna baxmayaraq, xalçaların dekorativ əsası
milli ənənələr üzərində qurulurdu, bu isə xalçaların bədii
dəyərini artırırdı.
Bu xalçalardakı ideya müxtəlifliyi onların ifadə formala-
rının da müxtəlifliyinə səbəb olurdu. Yeni meyilləri daha
dərindən və dolğunluqla hiss edən Təbriz ustaları yeni ifadə
vasitələri axtarır və onları bir daha ənənələrdə , milli xalça-
çılıq ənənələrinin təsdiqində tapırdılar.
Kompozisiyanın bədii dəyərini ekspressiv təsvir edilmiş
ov səhnələri təşkil edir.
Xalça çox mürəkkəb süjetli tematikaya və ovçuluq kom-
pozisiyası quruluşuna malikdir. Xalça Məryəm ana və İsa
Məsihin təsvirinə həsr olunub. Xalçanın mərkəzində, bö-
yük ölçülü medalyonun içərisində kürsü üstündə əyləşmiş
Məryəm ana, qucağında İsa Məsih və ətrafda iki qadı-
nın təsviri verilmişdir. Böyük ölçülü medalyonun yuxarı
hissəsində solda, kiçik ölçülü dairəvi medalyonun içərisində
nəstəliq xətti ilə “İsa və Məryəm” yazılıb. Medalyonun kə­
narları daxildən kərpici zolaqla, xaricdən isə ləçəklərlə əha­
tə olunub. Kərpici yerlikli zolağın içərisində ağ, kərpici,
sürməyi halqavari motivlər işlənmişdir.
Xalçanın sürməyi yerlikli ana haşiyəsində ov səhnəsi və hey-
vanlar təsvir edilib. Ana haşiyə daxildən doğanağabənzər və üç-
bucaqlı motivlər işlənmiş ağ yerlikli mədaxillə əhatə olunub.
Yuxarı hissədə, mərkəzdə Bəhram şahın təsviri və adı ( ) verilmiş-
dir. Bu hissədə şir ceyranı parçalayır, Bəhram şah da şiri yaralayır.
1...,47,48,49,50,51,52,53,54,55,56 58,59,60,61,62,63,64,65,66,67,...362