43
Xalça “Dərviş” kompozisiyası əsasında toxun-
muşdur.
Xalçanın bədii quruluşu ara sahə və haşiyələrdən
ibarətdir. Xalçanın şəkəri yerlikli ara sahəsində
kənarları ləçəkli, zoğalı yerlikli göl yerləşdirilmişdir.
Gölün içərisində Nurəli şahın təsviri verilib. Nurəli
şah ağaca söykənib oturmuş halda təsvir edilib. Onun
əlində çəlik vardır. Nurəli şahın geyimindən bəlli olur ki,
o dərvişdir. Onun qarşısında kiçik su hovuzu vardır. Ho-
vuzda bir cüt balıq və bir cüt ördək təsvirləri verilib.Balıq
təsviri bayramın gəlişi mənasını bildirir. Gölün içərisində
sağda güldan təsviri vardır. Bu güldan Səfəvi dövrünə aid-
dir. Səfəvilər dövründəki güldanlar “Hacıxanım” güldanı,
“Xətai” güldanı və “Sərhasər” güldanı kimi tanınırdı.
Molla Sultan Məhəmməd-Sultanəli şah İranın Günabad
şəhərində dərviş məktəbini inkişaf etdirmişdir. O, həkim və
ruhani kimi şöhrət qazanmışdır. Lakin sufi fikirləri o döv-
rün ruhaniləri arasında etiraza səbəb olur. Nəticədə Şeyxül­
islam Axund Xorasani Sultanəli şahın edam olunmasını
əmr edir. Sultanəli şahın ölümündən sonra onu Nurəli
şah əvəz edir. O, atasının ölümünü əsas götürərək,
yolundakı bütün maneələri ləğv etdi və öz yerini
bərkitmək üçün hətta bəzi günahsız adamları da öldürt-
dü. Bu hərəkətlə bağlı İmam Əli öz vəsiyyətində demiş-
dir: “Heç vaxt mənim ölümümü bəhanə edib müsəlman
qanı tökməyin və mənim qatilimi əzabla öldürməyin, onu
tikə-tikə etməyin. Sultan Məhəmməd də haqsız olaraq, öz
əqidəsinə görə öldürüldü, onun yolunda digər adamların
da öldürülməsi haqsızdır”.
Xalçanın ara sahəsinin yuxarı və aşağı hissələrində Fir-
dovsinin “Şahnamə”sində təsvir edilmiş əfsanəvi hey-
vanların əksləri vardır. Ara sahənin aşağı hissəsində
üzləri sola və sağa istiqamətlənmiş şir başları görü-
nür. Ara sahənin boşluqlarında “vaq-vaq” quşlarının
təsvirləri verilib.
Xalçanın sürməyi yerlikli ana haşiyəsində dairəvi
medalyonların içərisində Nurəli şahın cavanlıq və qo-
calıq dönəmləri əks olunmuşdur. Medalyonların ara-
sındakı boşluqlarda ağac motivləri vardır. Ağacların bu-
daqlarında quşlar, altında isə ceyran və dovşan təsvirləri
verilib. Qırmızı çiçəkli Novruz ağacı və budaqlardakı
bülbüllər baharın və bayramın gəlişinə işarədir. Ağacların
altındakı çəmənlik açıq-yaşıl, şəkəri rənglərlə işlənmiş,
ceyran və dovşanlar isə qəhvəyi-şəkəri rənglərlə tərtib
edilmişdir.
Ana haşiyə hər iki tərəfdən içərisində gül-çiçək və
yarpaqlar işlənmiş açıq-qəhvəyi yerlikli bala haşiyələrlə
əhatə olunub. Bala haşiyələrin kənarları zoğalı qırmızı
“su”larla tamamlanır.
Xalçada rəng tərtibatı yüksək peşəkarlıqla həll edil-
mişdir. Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
Saxlanma vəziyyəti tamdır. Bədii, tarixi, elmi əhəmiyyət
kəsb edir.
1...,33,34,35,36,37,38,39,40,41,42 44,45,46,47,48,49,50,51,52,53,...362