53
Nurəli şaha həsr edilmiş xalçalar Təbriz qrupuna daxil olan xalçalar arasında xüsusi yer tutur. Bu tip xalçalarda Nurəli
şahın portreti ilə yanaşı, o dövrün tanınmış şairlərinin dərin məzmunlu yazıları da xəttatlar tərəfindən yüksək məharətlə
işlənmişdir. Xalçaçı sənətkar üslubun, koloritin bütün incəliklərinə riayət edərək, onları öz düşüncə və hisslərinin ifadəsinə
çevirir.
Xalça “Dərviş” və “ağaclı” kompozisiyası əsasında tərtib edilmişdir. Xalçanın bədii quruluşu ara sahə və kətəbəbəndlik
haşiyə hissəsindən ibarətdir. Şəkəri yerlikli ara sahənin aşağı hissəsində, iki qovuşan ağacın altında Nurəli şahın təsviri
verilib. Ara sahənin mərkəzində zoğalı yerlikli, kənarları ləçəkli medalyonun içərisində “
” (Təsviri Nurəli şah
sözləri işlənmişdir. Nurəli şahın sağ əlindəki təbərzinin aşağı hissəsində “
” (Nurəli şah) yazısı vardır.
Nurəli şahın əsl adı Məhəmmədəli ibn Feyz Əli şah Mirzə Əbdülhüseyndir. Nurəli şah XIII əsrin əvvəllərində yaşamışdır.
İlahiyyə Neməti tayfasındandır. İsfahanda dünyaya göz açmışdır. Bir müddətdən sonra Şiraza getmiş və Məsum Əli Şahın
yanında xidmət etmişdir. Məhz bu xidmətinə görə ona «Nurəli şah» adı verilir. Nurəli şah alimlərin, şəhər hakimlərinin
sevimlisi olduğu üçün bir çox şəhərlərin qapısı onun üzünə açıq idi.
1...,43,44,45,46,47,48,49,50,51,52 54,55,56,57,58,59,60,61,62,63,...362