45
XV-XVII əsrlərə aid dekorativ-tətbiqi sənətin müxtəlif nümu­
nələrində klassik obrazların, portret təsvirlərin yaranması Azər­
baycan miniatür sənət nümunələrinin, onun məşhur klassik Təbriz
mək­təbinin kəşfləri ilə sıx bağlı idi. Bu dövrlərdə klassik xalçaçılı­
ğın təşəkkül tapmasında Təbriz rəssam-miniatürçülərinin rolu
böyük olmuşdur. Gözəl rəssam, nəqqaş olan miniatürçülər, eyni
zamanda, nadir xalça kompozisiyalarının müəllifləri idilər. Səfəvi
hökmdarlarının saray emalatxanalarında sənətkar xalçaçılarla ya-
naşı, kompozisiyasına görə mürəkkəb eskiz yaradan miniatürçü
-portretçi rəssamlar da çalışırdılar. “Ləçək-turunc“ kompozisiyası
əsasında tərtib edilən bu xalça da həmin tipli xalçalara aid edilir.
Xalçanın bədii quruluşu ara sahə və haşiyələrdən ibarətdir.
Ara sahəninmərkəzindəki sumağı yerlikli, oval formalı medalyo-
nun içərisində Səfəvi hökmdarı Şah Abbasın portreti təsvir edilib.
Şah Abbas Səfəvilər sülaləsinin qüdrətli şahlarından biri olmuş-
dur. Onun dövründə fəal xarici siyasət aparılmış, ölkə daxilində
quruculuq işləri həyata keçirilmişdir.
Şah Abbas təsvirli xalçalar Təbriz şəhərində daha çox toxun-
muşdur. Təbrizdə toxunan xalçalarda bu xalçada olduğu kimi gül-
çiçək, yarpaq və rombşəkilli elementlər olur. Bu tipli təsvirlər xal-
çanın Təbrizdə toxunduğunu sübut edir. Şah Abbasın portreti təsvir
edilən xalçalar Xorasanda da toxunmuşdur. Lakin Xorasan xalçaların-
da rombşəkilli həndəsi elementlərə təsadüf edilmir. Rombşəkilli, yarpaq,
balıq təsvirləri Təbriz xalçaları üçün daha çox səciyyəvidir.
Şah Abbasın başı üzərində sarmaşıq təsvir edilmişdir. Sarmaşıq əbədilik
rəmzi kimi yozulur. Aşağı hissədə sərv ağacının yarpaqları təsvir edilib. Sərv
ağacı ucalıq, yüksəliş mənasında işlədilir. Azərbaycanda bir çox ağaclar kimi,
sərv ağacına da xüsusi hörmət və ehtiram bəslənirdi. Sərv ağacının, yaxud onun
yarpaqlarının təsvirlərinə Azərbayan miniatürləri və dekorativ-tətbiqi sənət növlərində
də tez-tez təsadüf edilir. Hələ eramızdan xeyli əvvəl Yaxın Şərqdə, eləcə də Azərbaycanda
sərv ağacı müqəddəs sayılaraq, ona sitayiş edilmişdir.
Medalyonun aşağı hissəsində açıq-qəhvəyi yerlikdə şərabı qırmızı gül-çiçək və şəkəri rəngli, cüzi nəzərəçarpan çiçək
təsvirləri vardır. Medalyonu qara yerlikli haşiyə zolağı əhatə edir. Haşiyə ağ, çəhrayı, zoğalı rəngli gül-çiçək, açıq-qəhvəyi,
zoğalı, çəhrayı, qara rənglərlə işlənmiş yarpaqlı budaqlarla bəzədilmişdir.
Medalyonun aşağı hissəsindəki haşiyə qurşağında, sağ və solda qoşa quş təsvirləri verilib. Medalyonu əhatə edən haşiyə
daxildən kərpici, xaricdən isə qara rəngli “su”larla tamamlanır.
Xalçanın ara sahəsinin aşağı hissəsində, mərkəzdə şəkəri yerlikli yarımdairəvi formalı medalyonun içərisində zoğalı
sürməyi, açıq-qəhvəyi rənglərlə işlənmiş beşləçəkli, altıləçəkli çiçəklər və içərisində gül dəstəsi olan güldan təsvir edilib.
Güldanın üzərində yaşıl, qırmızı, şəkəri rənglərlə işlənmiş gül-çiçək təsvirləri verilib.
Ara sahənin boşluqları müxtəlif nəbati elementlərlə doldurulmuşdur. Xalçanın ana haşiyəsi çox zəngin naxış tərtibatına
malikdir. Ara sahədə tərtib edilmiş nəbati elementlər ana haşiyədə dəyişik düzülüşlə təkrarlanır. Haşiyədə təsvir edilən
yarpaq motivləri bir-biri ilə birləşərək dalğavari forma almışdır.
Ana haşiyə hər iki tərəfdən içərisində yarpaq və yarımçıq rombşəkilli motivlər işlənmiş şəkəri yerlikli bala haşiyələrlə
əhatə olunub. Xarici bala haşiyənin kənarları daxildən və xaricdən zoğalı rəngli “su”lar, daxili bala haşiyə isə daxildən
içərisində şəkəri, mavi rəngli çiçəklər işlənmiş mədaxillə əhatə olunub. Mədaxil xaricdən mavi, daxildən isə şəkəri rəngli
“su”larla tamamlanır.
Xalça çox zəngin rəng tərtibatına malikdir. Çoxsaylı rənglərin uzlaşmasından çox baxımlı bir sənət nümunəsi yaradılmış-
dır. Təbriz xalçaları üçün xarakterik olan bütün rənglər bu xalçada toplanmış və rəng tarazlığı yüksək peşəkarlıqla saxlan-
mışdır.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti tamdır. Bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,35,36,37,38,39,40,41,42,43,44 46,47,48,49,50,51,52,53,54,55,...362