41
Qırmızı yerlikli bala haşiyələr ara sahəni və ana haşiyəni xaricdən əhatə
edir. Bala haşiyələri isə mavi yerlikli, çəhrayı, qırmızı, şəkəri rəngli güllərlə
bəzədilmiş mədaxillər əhatə edir.
Xalçanın yuxarı hissəsində kənar bala haşiyədəki kətəbə­nin içərisində
nəstəliq xətti ilə “Ərdəbil xalçası” (
) yazısı ilmələrlə işlənmişdir.
Xalça zəngin rəng çeşidlərinə malikdir. Əsas gözəçarpan rənglər qırmızı,
şəkəri, sarı, sürməyi rənglərdir. Qalan rənglər isə nisbətən az işlədilmişdir.
Mavi, bənövşəyi, çəhrayı, açıq-qəhvəyi, açıq-yaşıl, ağ, narıncı rənglər əsas
rənglərlə uzlaşaraq, xalçaya tam görünüş gətirmişdir. Xalçada kompozisiya
həlli, rəng tarazlığı yüksək peşəkarlıqla saxlanılmış, istər uzaq, istərsə də
yaxın məsafədən bir-birinə qarşılıqlı təsir yaratmışdır.
Xalçada təxminən 15-ə yaxın rəng çalarından istifadə edilmişdir.
Xalça yerə sərilmək üçün nəzərdə tutulduğundan, xovu hündürdür. Xal-
çanın ölçülərinə görə onun xüsusi sifarişlə toxunduğunu və saraylara salın-
maq üçün nəzərdə tutulduğunu demək olar. Xalça toxunduğu zaman onun
çəkisi 75 kq-a yaxın olmuş, ötən dövr ərzində işləndiyi üçün çəkisi 65 kq-a
düşmüşdür. Belə böyük ölçülü və ağır çəkili xalçalar xüsusi baxım tələb
edirdi.
Xalçanın saxlanma vəziyyəti əladır. Bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
1...,31,32,33,34,35,36,37,38,39,40 42,43,44,45,46,47,48,49,50,51,...362