51
Xalçanın ana haşiyəsinin yuxarı hissəsindəki sağ küncdə Səfəvilər hökmdarı Şah I Təhmasib (
) (1514 –
1576), sağdan-sola ikinci medalyonun içərisində Şah Abbas (
), üçüncü medalyonun içərisində dövrün tanınmış
alimlərindən və dərvişlərindən biri olan dərviş Əli Yusif (
) təsvir edilib. Ana haşiyədə bu təsvirlər təkrarlanır.
Xalçanın ara sahəsinin və haşiyəsinin
boşluqlarında heyvan təsvirləri vardır.
I Şah Abbas mahir ovçu olmuşdur.
Xalçadakı müxtəlif heyvan və quşların
təsviri onun ovçuluğuna işarədir.
Xalçanın yuxarı hissəsindəki şəkəri kətəbədə üç sətirdən ibarət yazı vardır:
Birinci sətirdə:“
” (İlk şah ki ölkəsini inkişaf etdirdi, onun adı Kəyumərsdir).
İkinci sətirdə: “
” (Dünyada Hüşəng kimi ağıllı və bağışlayan, müharibələrdə
qalibkar padşah yoxdur).
Üçüncü sətirdə: “
” (Dünyada Təhmuraz şah kimi gözəl və bəxti gətirən şah yoxdur).
Adı çəkilən şahlar Firdovsinin “Şahnamə”sində təsvir edilib.
Xalçada on iki rəng çalarından istifadə edilib. Rənglərin tərtibatı yüksək peşəkarlıqla həll edilmiş və çox baxımlı rəng
ahəngdarlığı yaradılmışdır. Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti əladır. Yüksək bədii, tarixi,
elmi əhəmiyyət kəsb edir.
1...,41,42,43,44,45,46,47,48,49,50 52,53,54,55,56,57,58,59,60,61,...362