14
14
Rusiyada 1917-ci il Fevral inqilabından sonra
Gəncədə Xəlil bəy Xasməmmədovun rəhbərliyi
ilə İcraiyyə komitəsi təşkil olundu. Həmin ilin
mart ayında Nəsibbəy Yusifbəylinin rəhbərliyi
ilə “Türk ədəmi-mərkəziyyət” partiyası yaradıl-
mışdı. Partiya Federativ Respublika yaradılması
ideyasını irəli sürmüşdür. Aprelin 2-də Şah Ab-
bas məscidinin həyətindəki mitinqdə “Yaşasın
demokratik respublika”, ”Yaşasın Azərbaycan
muxtariyyəti” kimi şüarlar var idi. İyulun 3-də
“Türk ədəmi-mərkəziyyət” və ”Müsavat” parti-
yaları birləşdilər.
Oktyabr çevrilişindən sonra Yelizavetpol qə­
zasında bolşeviklərin anti-Azərbaycan fə­aliy­
yəti gücləndi. Buna baxmayaraq, Gəncə böl­
gəsi Azərbaycanda milli hərəkatın əsas mər­kəzi
oldu. 1918-ci il yanvar ayının 8-10-da hə­yata
keçirilən tədbirlər nəticəsində Qafqaz cəb­hə­
sindən qayıdan Rusya hərbi hissələri Şamxor
(Şəmkir) stansiyasında qanuni əsasda tərk-si­
lah edildi. Tərk-silah prosesinin həyata ke­çi­
rilməsində Yelizavetpol (Gəncə) Müsəlman Mil­li
Komitəsi, Gəncədəki Tatar süvari alayı və di­
gər qüvvələr fə­al iştirak etmişdi. Tərk-silah nə­
ticəsində 20 top, 70 pulemyot və 15000 tüfəng
ələ keçirilmişdi.
1918-ci il may ayının 28-də Tiflisdə Azər­bay­
can Demokratik Respublikası elan edil­dik­dən
sonra, onun Azərbaycanda ilk paytaxtı məhz
Gəncə şəhəri oldu (Xəritə 8). Gəncə şə­həri və
Gəncə bölgəsi ADR-in hakimiyyətinin möh­
kəmləndirilməsində və bütün Azərbaycanda
bər­qərar edilməsində mühüm rol oynadı. Bu
sa­hədə 1918-ci il 4 iyun ADR-Türkiyə müqa­vi­
ləsinə əsasən Azərbaycana dəvət olunmuş və
Gəncədə yerləşmiş Nuru paşanın hərbi qüv­və­
ləri də önəmli yer tuturdu.
Gəncə şəhərinin görünüşü. XIX əsr.
Yelizavetpol qubernatorluğunun inzibati binası.
Gəncə vağzalı. XX əsrin əvvəlləri.
1...,6,7,8,9,10,11,12,13,14,15 17,18,19,20,21,22,23,24,25,26,...100