94
94
Xalça indiki Şəmkir rayonunun Qapanlı
kəndində toxunub və Azərbaycan xalçala­rı­
nın Gəncə qrupunun ən tanınmış xalça nü­
munəsidir. Bu kompozisiyada xalçalar Gə­
dəbəy bölgəsində və Göyçə mahalının Ardanış
və Toxluca kəndlərində də toxunmuşdur. Xal-
çanın ara sahəsi sürməyi rəngdə olub, üzərində
qırmızı yerlikli altıbucaqlı uzunsov göl toxun-
muşdur. Onun içərisində toxunan sürməyi yer-
likli gölün daxilində həndəsi və nəbati naxışlar
var. Ara sahənin aşağı hissəsində mərkəzdə
hicri təqvimi ilə 1350 və ilmələrin töküldüyü
səbəbdən oxunmaz halda olan toxucu ustanın
adı vardır.
Xalçanın yeləni üç hissədən ibarətdir. Bu
zolaqların bəzisi nəbati motivlərdən ibarət ol­
sa da, onların hamısı həndəsi formada toxu-
nub. Ara sahəni bəzəyən naxışlar isə nəbati
elementlər olmaqla yanaşı, həmçinin mücərrəd
həndəsi elementlərdir. Xalça toxucuların yerli
ənənə əsasında toxuduğu nümunədir.
Xalçanın rəng çaları xalq ustaları tərəfin­dən
yerli bitkilərdən alınmış boyaq tərkib­lərindən
hazırlanıb. Üzərində əbrəş izləri görün­mək­
dədir. Bu xalça da bədii quruluşuna görə Qa-
zax xalçalarının bəzi çeşnilərini xatırladır.
Bu­radan aydın olur ki, ümumilikdə Gəncə və
Qazax xalçaları arasında bölgə etibarı ilə ya-
xınlıq olduğu qədər çeşnilərdə, rəng, naxış,
xammalın keyfiyyəti və toxuma texnikasında
da bənzərlik vardır. Gəncə bölgəsində toxunan
orta ölçülü, müəyyən texnoloji xüsusiyyətli
xalçalara çox zaman “gəvə” deyilir. Adətən, bu
xalçalardan yerdə döşənək kimi istifadə edil-
mişdir.
Xalçanın toxunduğu Qapanlı kəndinin iq-
limi onun bitki örtüyünə də təsir etmiş, ona
müxtəlif çalarlar bəxş etmişdir. Bu əlvanlıq ip­
bo­yama işində də özünü göstərmişdir. Tünd
və adi boz-qəhvəyi, açıq-şabalıdı torpaq yaba-
nı və mədəni bitkilər üçün əlverişlidir. Xalçada
təbii yolla, Qapanlı kəndinin bitki örtüyündən
alınmış yeddi rəngin çalarında olan və əl ilə
əyirilmiş yun iplərdən istifadə edilmişdir. Ağ,
qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara rəng­
lər xalçaya xüsusi görünüş bəxş edir. Xalça
Gəncədə şəxsi evdə saxlanılır.
Xalçanın sıxlığı 30x40 sm-dir; xalçanın hün-
dür xovu, əriş və arğacı yundur. Xalça tarixi,
elmi və bədii əhəmiyyət daşıyır. Saxlanma və­
ziyyəti əladır.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,86,87,88,89,90,91,92,93,94,95 97,98,99,100