84
84
Xalça indiki Göygöl rayonunun Toğana kəndində toxunmuşdur. Azərbaycan təbiətinin incisi olan Göygölün yaxınlı-
ğında yerləşən bu kəndin gözoxşayan təbiəti, rəngbərəng bitki örtüyü və minerallarla zəngin bulaqları vardır. Bol sulu
Ağsu çayı da bu kəndin ərazisindən keçir. Dağ bulaqlarından yaranan çayın suyu olduqca faydalıdır və Gəncə şəhərinin
su təchizatı buradan götürülür. Bütün bu təbii sərvətlər Toğana xalçalarına təkrarsız görünüş, ecazkarlıq bəxş edir. Burada
olan cins qoyunlardan alınan yun, xalçaların keyfiyyətinə təsir edərək onlara əvəzolunmaz şöhrət bəxş etmişdir.
Xalça zərif incə ilmələri ilə seçilir, yunu yumşaqdır, rəng tonları çox zəngin, tox rənglərdən seçilib, boyaq tərkibi bitki
mənşəlidir. Xalçanın ölçüsü onun yolluq xalça tipinə yaxın olduğunu göstərsə də, bunu tam əminliklə söyləmək mümkün
deyil, çünki xalçanın hər iki tərəfi üzərində mehrablar toxunub.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağı üzərində alamuncuq, romb və nəbati naxışlar toxunub. Ara
sahənin sürməyi yerliyi üzərində isə baş tərəfləri mehrablarla tamamlanan düzbucaqlı formalı iri göl və onun da içərisində
beş qəfəsin daxilində ətrafları qarmaqlarla dövrələnmiş romblar toxunub. Xalça çox dəqiq toxunuşa, lakonik cizgilərə, kon-
turlara malikdir. Ana haşiyə zolağının şəkəri tonu xalçanın ümumi tünd rəng ahəngini açır, bir növ, naxışları baxımlı edir,
ümumi rəng ahənginin balansını tarazlayır.
1...,76,77,78,79,80,81,82,83,84,85 87,88,89,90,91,92,93,94,95,96,...100