90
90
Xalça indiki Şəmkir rayonunun Bayramlı
kəndində Şirvan, Quba və Qarabağda toxunan
“Zeyvə” kompozisiyası əsasında toxunub. Bu
ərazidə aparılan qazıntılar zamanı qədimdövrə
aid nekropollardan tapılan məişət əşyaları xü-
susi maraq doğurur. XI-XII əsrlərə aid Baydar
şəhər xarabalıqları məhz Bayramlı kəndi ya-
xınlığındadır. Bütün bu dəlillər kəndin qədim
tarixə və zəngin mədəniyyətə malik olduğunu
sübut edir. Xalçatoxuma məntəqəsi kimi də ge-
niş şöhrət tapan Bayramlı kəndinin toxucuları
qədim naxışları bu gün də xalçalar üzərində
əks etdirməklə mədəniyyət tarixini yaşadırlar.
Bu xalça gözəl rənglərdən ibarət tərtibata,
klassik bədii quruluşa malikdir. Bu tip xal-
çalardan bir neçəsi dünyanın məşhur kollek-
siyalarında saxlanılır və dünya xalçaçıları,
sənətşünasları bu naxışlara böyük önəm ve­
rirlər.
Xalça dörd zolaqdan ibarət olan yeləndən,
onları bir-birindən ayıran alamuncuqdan
və ara sahədən ibarətdir. Yelən ana haşiyəni
iki tərəfdən əhatə edən və xalq arasında “tir­
mə­sayağı” adı ilə tanınan diaqonal zolaqlı
tərtibatdan, ana haşiyənin özü isə həndəsi
elementlərdən quraşdırılmış kompozisiyadan
ibarətdir. Bu xalça üzərində toxunmuş bütün
naxışlar həndəsi formada stilizə edilib. Xalça
quruluşundakı sadəliyi və rənglərinin istiliyi
ilə çox baxımlıdır.
Xalçanın yuxarı hissəsində hicri tarixi ilə
1322-ci il toxunub. Bu, xalça ustalarının xalça-
nı toxumağa başladıqları zaman qeyd edilən
tarixdir. Xalçanın ara sahəsində toxunmuş na-
xışların hər biri stilizə edilmişdir. Hətta ağac-
lar, çiçəklər belə həndəsiləşdirilib. Bu bədii
üslub Gəncə xalçaları üçün xarakterikdir. “S”,
ocaq, yurd mənasında «#» işarəsi xalçanın üst
hissəsində paralel toxunmuşdur.
Xalça xalq sənətkarlarının ən çox sevdikləri
çeşni üzərində toxunub. Yaşıl, qırmızı, göy, ağ
rənglər xalçanın əsas aparıcı rəngləridir.
Subtropik iqlimə malik olan Bayramlı kən­
dinin bitki örtüyü ipboyama işinə də tə­sir et-
mişdir. Bayramlı kəndi Zəyəm və Kür çayının
sahilində yerləşir. Tünd və adi boz-qəhvəyi,
açıq-şabalıdı torpaq yabanı və mədəni bitkilər
üçün əlverişlidir. Üzümçülük və bostançılıq
boyama işinə də öz təsirini göstərmiş, fərqli
rəng çalarları almağa imkan vermişdir. Xalçada
təbii yolla, Bayramlı kəndinin bitki örtüyündən
alınmış yeddi rəngin çalarında olan və əl ilə
əyrilmiş yun iplərdən istifadə edilmişdir. Ağ,
qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara rənglər
xalçaya xüsusi görünüş bəxş edir. Xalça To-
vuzda şəxsi evdə saxlanılır.
Xalçanın sıxlığı 32x45 sm-dir; hündür xovu,
əriş və arğacı yundur. Xalça tarixi, elmi və
bədii əhəmiyyət daşıyır. Saxlanma vəziyyəti
əladır.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,82,83,84,85,86,87,88,89,90,91 93,94,95,96,97,98,99,100