92
92
Namazlıq xalça indiki Göygöl rayonunun
Sarısu kəndində toxunmuşdur. Bu kənddə
bu tip xalçalar çox toxunmuşdur və hazırda
dünyanın məşhur kolleksiyalarında saxla-
nılır. Peşəkarlar və sənətşünaslar tərəfindən
yüksək dəyərləndirilən bu xalçanı “Faxralı
namazlıq” da adlandırırlar. “Faxralı” xalça-
sı Gəncənin ən məşhur xalça çeşnisidir; na-
mazlıq kompozisiyasında toxunub. Namazlıq
xalçaları orta əsrlərdə müsəlman ölkələrində
geniş istehsal edilirdi. XIV-XV əsrlərdə ya-
ranmış İran miniatürlərində ilk dəfə namazlıq
xalçalarının təsvirləri işlənmişdir. “Faxralı”
namazlıq xalçası, ehtimal ki, öz bölgəsində
XVII-XVIII əsrlərdə yaranmış bir çeşnidir.
Yarandığı dövrdən də öz kompozisiyasını
təkmilləşdirmiş, indiki çeşni halında forma-
laşmışdır. Xalçanın baş hissəsində mehrab to-
xunub. Onun üstündə isə hicri tarixi ilə 1318
tarixi paralel şəkildə toxunmuşdur. Xalçanın
istər haşiyə zolağında, istərsə də ara sahəsində
Gəncə qrupuna xas olan qədim türk damğa-
ları, bu məktəbin ayrılmaz hissəsi olan tayfa
nişanələri toxunub. Bu naxışlarla yanaşı islam
mədəniyyətinə xas olan atributlar da yer alıb.
Xalça arxaik üslubla islam mədəniyyətinin qo-
vuşduğu elementlər üzərində qurulub. Lakin
bu iki ünsür bir-birini tamamlayır, kompozi-
siyanı daha da zənginləşdirir. Xalça sıx toxu-
nuşa malikdir, rəngləri çox şəffaf və aydındır.
Xalça üzərindəki naxışlar, sanki, konstruksi-
ya kimi toxunmuşlar. Onların biçimi, forması
peşəkarlıqdan yaranan uğurlu çeşninin mey-
dana gəlməsinə səbəb olmuşdur.
Mehrabın alt hissəsində möhürün qoyulma-
sı üçün xüsusi guşə toxunub. Mehrab özü də
kompozisiyanın vahid üslubuna uyğun tərzdə
həndəsi quruluşda, yəni sınıq xətlərlə toxunub.
Xalçanın toxunduğu Göygöl bölgəsi zəngin
bitki örtüyünə malikdir. Bu coğrafi şərait ipbo-
yama işinə də təsir etmişdir. Xalçada təbii yol-
la, Sarısu kəndinin bitki örtüyündən alınmış
yeddi rəngin çalarında olan və quzu yununu əl
ilə əyirilərək alınan iplərdən istifadə edilmiş-
dir. Ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara
rənglər xalçaya xüsusi görünüş bəxş edir. Xalça
Bakıda şəxsi kolleksiyada saxlanılır.
Xalçanın sıxlığı 30x45 sm-dir; incə xovu, əriş
və arğacı yundur. Xalça tarixi, elmi və bədii
əhəmiyyət daşıyır. Saxlanma vəziyyəti əladır.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,84,85,86,87,88,89,90,91,92,93 95,96,97,98,99,100