89
89
Xalçanın toxunduğu Göygölün Almədədli kəndinin zəngin bitki örtüyü ipboyama işinə də təsir etmişdir. Xalçada təbii
yolla, bitki örtüyündən və heyvanat aləmindən alınmış yeddi rəngin çalarında olan və əl ilə əyirilmiş yun iplərdən istifadə
edilmişdir. Ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara rənglər xalçaya xüsusi görünüş bəxş edir. Burada olan qırmızı rəng
Dəliməmmdəli ilə Kürəkçay çayı arasında olan ərazidə geniş yayılmış böcəklərdən alınmışdır. Rəng quruluşu əsasında
demək olar ki, xalçaçı boyama işini özü həyata keçirmişdir. Xalça Daşkəsəndə şəxsi evdə saxlanılır.
Xalçanın sıxlığı 28x40 sm-dir; hündür xovu, əriş və arğacı yundur. Xalça tarixi, elmi və bədii əhəmiyyət daşıyır. Saxlanma
vəziyyəti əladır.
Xalça. Yun. Xovlu. 350x160. 1900-cü illər. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,81,82,83,84,85,86,87,88,89,90 92,93,94,95,96,97,98,99,100