85
85
Xalçanın yerliyi boyu romb, yuvarlaq naxışlar toxunub. Medalyonu yaradan haşiyə zolaqlar üzərində isə nəbati
elementlər, gölün içərisində quş təsvirləri toxunub. Xalça namazlıq məqsədilə toxunub. Bəzən belə xalçalara yerli toxucular
“ikibaşlı mehrab” deyirlər. Hər iki mehrabın içərisində “ağac” motivləri toxunub. Onlar “həyat ağacı”nın ‒ əbədi həyatın
rəmzi sayılır. Bu çeşnidə xalçanın toxunması Gəncə xalça mərkəzində ənənəyə çevrilib.
Xalçanın toxunduğu Göygöl bölgəsinin zəngin bitki örtüyü və coğrafi şəraiti ipboyama işinə də təsir etmişdir. Xalçada
təbii yolla, Toğana kəndinin bitki örtüyündən alınmış yeddi rəngin çalarında olan və əl ilə əyrilmiş yun iplərdən istifadə
edilmişdir. Ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara rənglər xalçaya xüsusi görünüş bəxş edir. Xalça Gəncədə şəxsi evdə
saxlanılır.
Xalçanın sıxlığı 28x40 sm-dir. Xalçanın hündür xovu, əriş və arğacı yundur. Xalça tarixi, elmi və bədii əhəmiyyət daşıyır.
Saxlanma vəziyyəti əladır.
Xalça. Yun. Xovlu. 300x105. 1900-cü illər. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,77,78,79,80,81,82,83,84,85,86 88,89,90,91,92,93,94,95,96,97,...100