88
88
Xalça Göygöl rayonunun Almədədli kəndində toxunub. Toxucular arasında bəzən “Faxralı” adlandırılan bu xalça kom-
pozisiyası Qazaxda və Göygöl rayonunun Sarısu kəndində də toxunmuşdur. Bu xalça açıq kompozisiya quruluşundan
ibarətdir. Bu xalçanı üç hissədən ibarət haşiyə zolağı və ara sahə bəzəyir. Yelən başdan-başa həndəsi elementlərdən təşkil
olunub. Ana haşiyə zolağını tayfa, nəsil bildirən damğalar bəzəyir. Ara sahə isə üç göldən ibarətdir. Bəzən bu formalı
göllərə “qalxan” deyilir. Bu ad digər türk xalqlarının xalça sənətində də şərti element adı kimi istifadə edilir.
Xalça üzərindəki naxışların çoxu simmetrikdir. Romb elementlərinin daxilində dənələrə bənzər damalar vardır, on-
lar bolluq nişanı olmaqla bərabər, həm də şumlanmış, əkilmiş torpağın rəmzi sayılırlar. Xalçanı bəzəyən digər naxışlar
içərisində real heyvan və qeyri-müəyyən, mifoloji zoomorf elementlər də toxunub.
Ara sahəni bəzəyən qırmızı rəng yalnız Gəncə xalçaçılarına xas olan, onların bildikləri rəng çalarıdır. Qazax və Gəncə xal-
çalarında istifadə edilən qırmızı rəng xüsusi çalara malikdir. Bu rəng xalçanın bütün ahəngini canlandırır. Ümumiyyətlə,
qırmızı rəng xalqın təfəkküründə xoşbəxtlik simvolu, bəd ruhlardan qorunmaq rəmzi sayılmışdır. O üzdən çox zaman
qızlara toxunan cehizlik xalçalarda daha çox qırmızı rənglərdən istifadə edilmişdir.
1...,80,81,82,83,84,85,86,87,88,89 91,92,93,94,95,96,97,98,99,...100