86
86
Gəncə xalçası Göygöl rayonunun Topalhasanlı kəndində toxunub, öz ölçüsünə görə Qarabağ xalça dəstinin kənarə
hissəsini xatırladır. Bu naxışlı xalçalar Şəmkir bölgəsinin kəndlərində də toxunmuşdur. Ara sahəsində olan elementlərə
Şirvan xalçalarında da rast gəlinir.
Xalça ara sahə və dörd haşiyə zolağından ibarətdir. Səkkizguşəli ulduzlarla bəzənmiş ana haşiyə iki tərəfdən “islimi”
elementinin stilizə edilmiş formasındakı naxışlarla bəzədilmiş iki bala haşiyədən və bir ədəd üçbucaqlardan ibarət naxış-
larla bəzədilmiş kiçik zolaqdan ibarətdir. Ara sahə büsbütün on dörd ədəd bitişik göldən ibarətdir. Xalçanın bədii quruluşu
toxucunun fərdi yaradıcılığının məhsuludur. Bu kompozisiya xalq arasında “təkgöllü” kimi də adlandırılır. “S”, qarmaq,
xaçabənzər, “x”, romb, heyvan, alma, çiçək təsvirləri xalça üzərində doldurucu elementlər kimi iştirak edir.
Kompozisiya bütünlükdə sonsuzluğa nişan kimi dəyərləndirilə bilər. Bu halda onun göllərinin sayı artdıqca kompozisi-
ya dəyişməz qalır. Ayrıca elementlərə gəldikdə isə, onlar fərqli dövrlərin, fərqli bədii üslubların daşıyıcılarıdır. Məsələn,
1...,78,79,80,81,82,83,84,85,86,87 89,90,91,92,93,94,95,96,97,98,...100