87
87
“islimi” islam mədəniyyətini təmsil etdiyi halda romb, səkkizguşəli ulduz, xaçabənzər motiv daha qədim qatlarla səsləşir.
Toxunan zoomorf heyvan təsvirləri isə toxucunun real həyatdan götürdüyü elementlərdir. Xalçanın ilmə sıxlığı yüksək
olduğundan, onun üzərindəki ən kiçik detallar belə dəqiqliyi ilə seçilir.
Xalçanın toxunduğu Göygöl bölgəsi zəngin bitki örtüyünə malikdir. Bu coğrafi şərait ipboyama işinə də təsir etmiş-
dir. Xüsusən Topalhasanlı kəndinin coğrafi şəraiti, dağətəyi bölgə olması buranın bitkilərlə zənginliyini təmin edir. Bu
bitkilərdən hər çalarda rəng almaq mümkün idi. Bu xalçada da yeddi ‒ ağ, qırmızı, sarı, yaşıl, sürməyi, mavi, qara rənglər
xüsusi görünüş yaradır. Xalça Yevlaxda şəxsi evdə saxlanılır.
Xalçanın sıxlığı 32x40 sm-dir. Xalçanın hündür xovu, əriş və arğacı yundur. Xalça tarixi, elmi və bədii əhəmiyyət daşıyır.
Saxlanma vəziyyəti əladır.
Xalça. Yun. Xovlu. 460x130. 1900-cü illər. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,79,80,81,82,83,84,85,86,87,88 90,91,92,93,94,95,96,97,98,99,...100