94
Bu xalçanın ara sahəsinin yuxarı hissəsində h. 1282 tarixi vardır.
Bu xalça sadə kompozisiya quruluşuna malik olmasına baxmayaraq
özünəməxsus orijinal tərtibatı ilə seçilir.
Qırmızı yerlikli ara sahənin bəzəyi mərkəzdə orta ölçülü, yuxarı
və aşağı hissədə isə kiçik ölçülü dördbucaqlı həndəsi motivlərdən və
“səkkizləçəkli” güllərdən ibarətdir.
Mərkəzdəki sarı yerlikli medalyonun içərisində qırmızı rəngli,
yuxarı hissədəki göy rəngli və aşağı hissədəki yaşıl rəngli medalyonun
içərisində isə sarı rəngli “qoşabuynuz” motivləri işlənmişdir. Mər­
kəzdəki həndəsi medalyon xaricdən ağ, qırmızı “siçandişi”lər, daxil­
dən isə qırmızı, sürməyi rəngli dilikli motivlərlə əhatə olunub. Yuxa­
rı və aşağı hissədəki həndəsi medalyonlar isə qırmızı, ağ, sürməyi
rəng­li “siçandişi”lərlə əhatə olunub. Ara sahənin aşağı hissəsində
künc­lərdə sürməyi rəngli stilləşmiş “uzunqulaq” təsviri vardır. Ara
sahəni yaşıl yerlikli içərisində sarı, qırmızı, ağ rənglərlə tərtib edilmiş
haşiyə əhatə edir. Haşiyə yuxarı və aşağı hissələrdə nisbətən ensiz
tərtib edilmişdir. Sağ və soldan haşiyələrin içərisində qırmızı, sarı,
ağ rənglərlə işlənmiş “cütbuynuz” motivləri vardır. Bu motivlərin
arasında haşiyənin boşluqlarında sarı, ağ rəngli rombvari elementlər
iş­lənmişdir. Yuxarı və aşağı hissədəki yaşıl yerlikli ensiz haşiyə qırmı­
zı, ağ, sarı rəngli kənarları pilləli, rombvari elementlərlə bəzədilmişdir.
Bu elementlər kiçik ölçüdə işlənmişdir. Yaşıl yerlikli haşiyədə təs­
vir edilmiş “cütbuynuz” və pilləli motivlər silsiləsi kompozisiyanın
ümu­mi, dinamik əhval-ruhiyyəsini daha da gücləndirir. Xalçanın
qırmızı yerlikli haşiyəsi “səkkizləçəkli” güllərlə bəzədilmişdir. Güllər
sürməyi, sarı, yaşıl, ağ rənglərlə tərtib edilmişdir. Ləçəklərin üzə­
rində cüzi nəzərə çarpan kvadratşəkilli elementlər işlənmişdir. Xal­
çanın ağ yerlikli haşiyəsi bir-birinin ardınca düzülmüş, sürməyi, yaşıl,
qırmızı rənglərlə işlənmiş oxabənzər və rombşəkilli elementlər­lə bə­
zədilmişdir. Ağ yerlikli bu haşiyənin içərisində rombvari motivlər
tərtib edilmişdir. Haşiyələr qırmızı, sarı, ağ “siçandişi”lərlə əhatə
olun­muşdur. “Siçandişi”lər qəhvəyi rəngli “su”larla tamamlanır.
1...,86,87,88,89,90,91,92,93,94,95 97,98,99,100,101,102,103,104,105,106,...116