15
Azərbaycan xalçaları / İrəvan QRUPU
Sərdarabad qalası
uğrunda döyüş səhnəsi.
Rəssam: Q.Qaqarin.
Bu dövrdə İrəvan xanlığındakı erməni-qriqorian mis­
sionerləri Rusiyanın burada xristian dövləti yaratmaq
haq­qında hələ I Pyotrun zamanında meydana atılan siya­
sətini həyata keçirmək üçün öz fəaliyyətlərini daha da
genişləndirdilər. Erməni-qriqorian kilsəsi Qarabağın xris­
tian-alban məliklərini də bu fitnəkar siyasətə cəlb etməyə
xüsusi fikir verirdi. II Yekaterinaya yazılan məktublarda
Zaqafqaziyada (Cənubi Qafqazda) erməni çarlığı yara­dıl­
ması haqqında müraciət edilirdi. Lakin 1787-1791-ci illər
rus-türk müharibəsi Rusiyanın bu planı həyata keçir­mək
istəyinə imkan vermədi. 1785, 1786 və 1787-ci illərdə İrəvan
xanlığı Qarabağ, Xoy xanlarının və Car-Balakən hakimi
Ömər (Ümmə) xanın hücumlarına məruz qaldı. İrəvan xan­
lı­ğı tədricən mövqeyini möhkəmləndirdi.
1789-cu ildə Bayazit paşası İrəvan xanlığına hücum etdi
və xanın qoşunlarını mühasirəyə aldı. Məhəmməd xan
Nax­çıvan xanlığından kömək alıb, mühasirədən çıxdı və
əks hücuma keçərək, Bayazit qalasını mühasirəyə aldı. La­
kin qalanı tuta bilməyib geri döndü.
1790-cı ildə İrəvan və Naxçıvan xanlıqlarının qüvvələri
Xoy xanlığına hücum etdilər. Sonra Xoy xanı Naxçıvan xa­
nını öz tərəfinə çəkib İrəvan xanlığı üzərinə hücum etdi.
Müt­təfiqlər qalib gəldilər və 1790-cı ilin avqustunadək ora­
da qaldılar.
Ağa Məhəmməd Qacarın hücumu ilə İrəvan xanlığının
müstəqilliyi ciddi təhlükə altına düşdü.
Ağa Məhəmməd Qacar 1795-ci ilin yayında 35 günlük
mühasirədən sonra İrəvan qalasını tutdu. 1796-cı ildə
V.Zubovun hücumu zamanı Məhəmməd xan diplomatik
ma­nevr edərək, Rusiyaya meyilləndi. Qacarın yeni hücumu
zamanı Məhəmməd xan tutuldu və hakimiyyət Əliqulu
xana keçdi. Qacarın ölümündən sonra Əliqulu xan İrə­van­
dan qovuldu. İranın yeni şahı Fətəli şah Məhəmməd xa­nı
yenidən hakimiyyətə gətirdi. 1804-1813-cü illər rus-İran
müharibəsi zamanı Rusiyanın İrəvan xanlığını tut­maq niy­
yəti baş tutmadı. Gülüstan müqaviləsi ilə İrəvan xanlığı
İranın tərkibinə keçdi.
1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı hər
iki tərəfin əsas strateji hədəflərindən biri İrəvan şəhəri və
xanlığın işğalı idi. Rusiyanın hücumlarına qarşı dəfələr­
lə qəhrəmanlıqla müqavimət göstərilməsinə baxmayaraq,
er­mənilərin xəyanəti üzündən 1827-ci ilin oktyabrında İrə­
van şəhəri işğal olundu. Türkmənçay müqaviləsi ilə xanlıq
Rusiyaya birləşdirildi və ləğv edildi.
1...,7,8,9,10,11,12,13,14,15,16 18,19,20,21,22,23,24,25,26,27,...116