30
Mürəkkəb kompozisiyalı xal­çalar
sırasına daxil olan bu xal­çanın bə­dii
quruluşu ara sa­hə və haşiyə his­sə­
sin­dən iba­rətdir.
“Balıq” xalçası Təbriz qrupuna
da­xil olan “Əfşan” kompozisiyası
əsasında yaradılmışdır. “Əfşan” xal­
çasından fərq­li olaraq, “Balıq” xal­
çasın­da ara sahə şəbəkə formasın­da
simmetrik düzülüşlə işlən­miş kiçik
məsafəli rapportlarla tərtib edilir.
Xalçanın əsas elementlərindən olan
yarpaqlar müxtəlif formalarda olur.
Ən çox nəzərə çarpan bu yarpaqla-
rın kənarları dilikli, yaxud diliksiz
olur. Yarpaqlar balığa bənzədiyi
üçün toxucular arasında “Balıq” ad­
lan­dırılmışdır. Kiçik məsafəli rap­
port­­lar spiralların və yarpaqların
sayı­na görə genişlənir və tamamla-
nır.
Xalçanın ara sahəsindəki romb­
şəkilli elementlərin yu­xa­rı və aşağı
hissələrində, ara sahə boşluğunda
beşləçəkli, al­tıləçəkli, mərkəzində
isə sək­kizləçəkli gül-çiçək mo­tiv­ləri
işlənmişdir. Güllər şəkəri, qəhvəyi,
çəhrayı və açıq-yaşıl rənglərlə işlə­
nib. Sakit rəng­lər­lə işlənmiş ele­
ment­lər şə­ra­bi-qırmızı yerlikdə çox
ay­dın nəzərə çarpır.
Xalçanın qara yerlikli ana ha­­şi­
yəsi tünd-qırmızı, çəh­ra­yı, açıq-
yaşıl, açıq-qəhvəyi, şə­kəri rəng­
lər­lə işlənmiş gül və yarpaqlarla
bəzədilib. Ana ha­şiyə hər iki tə­
rəfdən içə­­risində “qayçıbalıq”, sək­
kiz­gu­şəli ulduzlar və kiçik öl­çülü
cüzi nəzərə çarpan yar­paq motivləri
ilə bə­zə­dil­miş ağ yerlikli bala ha­şi­
yə­lər­­lə əhatə olunub. Ana ha­şi­yə­də­
ki motivlərdə tərtib edil­miş rənglər
bala haşiyələrdə də təkrarlanır. Ba­
la haşiyələrin kənarları “si­çan­di­
şi”lərlə tamamlanır.
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...84