23
öyrənilməsi Azərbaycanda dövlət quruculuğunun, o cümlədən qanunvericiliyin və qa­nunvericilik aktlarının yaradılması
təcrübəsinin araş­dırıl­ması baxımından böyük əhəmiyyətə malikdir.
Heydər Əliyev Konstitusiya komissiyasının yuxarıda qeyd olunan iclasındakı yekun nitqində demişdir: «Be­lə­liklə, biz
həm Azərbaycanın qanunvericiliyi sahə­sində çox ciddi addım atırıq, həm də ki, bu mə­sələləri nizamlayı­rıq. Yəni müstəqil
Azərbaycan döv­lətinin, respublikası­nın tərkibində Naxçıvan Mux­tar Respublikası böyük ta­rixi mərhələlərdən keçərək,
nəhayət, özünə uyğun, özünə­məx­sus bir status, bir yer alacaqdır. Bu, bu gün üçün də, gələcək üçün də lazımdır».
Heydər Əliyevin respublikaya ikinci rəhbərliyi dövrün­də Naxçıvanda yeni iqtisadi münasibətlərin təşəkkülü və inki-
şafı, xalqın həyat səviyyəsinin yüksəldilməsi, sərhədlərin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, mədəni inkişaf
sahəsində də böyük uğurlar əldə olundu
51
. Heydər Əliyevin təşəbbüsü ilə görkəmli Azərbaycan şairi Hüseyn Cavidin qəbri
üzərində (1996-cı il) Naxçıvan memarlıq məktəbi ənənəsinə uyğun olaraq möhtəşəm məqbərə ucaldıldı.
52
Ulu öndərimizin siyasi xəttinin layiqli davamçısı, müasir dünyanın görkəmli dövlət xadimi İlham Əliyevin 2003-cü ilin
oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin həyatında böyük tarixi hadisə oldu. 1993-cü ilin
iyununda olduğu kimi Azərbaycan xalqı yenə öz sözünü dedi: xalq öz taleyini və doğma Vətənin müqəddəratını Heydər
Əliyevin ən yaxın silahdaşı İlham Əliyevə etibar etdi.
53
Ulu öndər Heydər Əliyevin zamanında olduğu kimi Prezident İlham Əliyev də bütün ölkənin, o cümlədən Naxçıvan
MR-in hərtərəfli inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır.
Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və quruculuq strategiyası, İlham Əliyevin yeni islahatlar proqramı Muxtar
Respublikada uğurla həyata keçirilir. Bu sahədə 1995-ci ilin dekabrından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri vəzifəsində çalışan Vasif Talıbovun ardıcıl və prinsipial dövlətçilik fəaliyyəti, onun başçılığı ilə həyata keçirilən böyük
quruculuq işləri xüsusi qeyd edilməlidir.
54
Naxçıvan Muxtar Respublikası hazırda Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli kimi yeddi inzibati
rayonu əhatə edir. Muxtar respublikada Naxçıvan, Ordubad, Culfa, Şərur, Şahbuz şəhərləri, 8 qəsəbə və 207 kənd vardır.
Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır və ya-
şamaqda davam edir. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, son illərdə
isə Muxtar Respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoymuşdur. Lakin uzun
sürən ağır blokada şəraiti Naxçıvanın və naxçıvanlıların iradəsini qıra bilməmiş, əksinə, onları daha da mətinləşdirmişdir.
Məhz Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində, ermənilər Qarabağdakı işğalçılıq siyasətini burada real-
laşdıra bilməmişlər.
Naxçıvanın keçdiyi qədim və uzun tarixi inkişaf yolunun hər bir səhifəsi aydın sübut edir ki, bu diyar ən qədim zaman­
lardan türk yurdu kimi Azərbaycana məxsus olmuşdur, onun ayrılmaz tərkib hissəsidir və Azərbaycanın ən qədim mə­
dəniyyət mərkəzlərindən biridir.
Azərbaycan torpağı olan Naxçıvan bu gün dinamik inkişaf edən, Azərbaycan Respublikasının tərkibində dünya birliyinə
uğurla inteqrasiya edən çox mühüm bir diyardır.
Heydərabad qəsəbəsindən görünüş. Sədərək rayonu.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...84