33
Xalça. “Balıq”. Yun. Xovlu. 565x93. 1800-cü il.
Naxçıvan qrupu. Azərbaycan.
Şəkəri yerlikli bala haşiyələrdə bir-biri ilə zəncirvari formada birləşmiş güllər verilmişdir.
Haşiyələr arasında açıq-qırmızı, sürməyi, şəkəri rəngli “su”lar təsvir edilmişdir.
Xalça “dəst xalı-gəbə” adlandırılan xalça dəstinin bir hissəsidir. Bu dəstə üç, dörd, beş xalça daxil olurdu. Ölçücə ən bö-
yüyü “ortalıq”, ikisi “kənarə”, biri “başlıq” və biri də, “ayaqaltı” adlandırılırdı. Bu “Balıq” xalçası belə dəstlərin bir hissəsi
olan “kənarə”dir.
Xalçada ənənəvi “Balıq” kompozisiyasına məxsus olan rəng çalarlarından istifadə edilmişdir. Açıq-qırmızı rəngin xoş
cazibəsi insanı cəlb edir. Şəkəri, sürməyi və yaşıl rənglər fonun əsas rənginə uyğunlaşdırılaraq, baxımlı kompozisiya yara-
dılmışdır.
Xalçanın yuxarı və aşağı hissələrində şəkəri rəngli saçaqlar vardır. Xalçanın xovu, əriş və arğacı yundur. Saxlanma
vəziyyəti əladır. Xalça bədii, tarixi, elmi əhəmiyyətə malikdir.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,25,26,27,28,29,30,31,32,33,34 36,37,38,39,40,41,42,43,44,45,...84