32
Xalçanın kompozisiyası ara sahədən və haşiyə hissəsindən ibarətdir.
Açıq-qırmızı yerlikli ara sahədə şaquli istiqamətdə üç rombvari göl təsvir edilmişdir. Göllərin yerliyi şəkəri
rəngli, mərkəzində təsvir olunan elementlər isə sürməyi, açıq-qırmızı və açıq-yaşıl rənglidir. Gölün şəkəri
yerliyində romb və onun mərkəzində gül, rombun dörd tərəfində “balıq” və nəbati elementlər təsvir edilmiş-
dir. Mərkəzdəki gölün yuxarı və aşağı hissələrində isə iki kiçik ölçülü rombvari göl yerləşdirilmişdir. Gölləri
xalçanın ara sahəsi bo­yunca sıralı şəkildə təsvir edilmiş “balıq” elementləri əhatə edir. Ara sahəni bəzəyən balıq
elementləri göllərin içərisində təsvir olunan elementlərin şəbəkəvari formada düzülüşündən əmələ gəlmişdir.
Ara sahənin yuxarı və aşağı hissələri dilikli “tağ”larla haşiyələnmişdir. “Tağ”ların yerliyi şəkəri rəngli, bəzək
elementləri isə eyni ilə ara sahədəki kimidir. Sağ və sol hissələrdə isə iki yarımçıq “göl” yerləşdirilmişdir. Gölləri
birləşdirdikdə ara sahənin mərkəzində, şaquli istiqamətdə təsvir edilmiş tam göllərin forması yaranır.
Yaşıl yerlikli ana haşiyəni kiçik ölçülü “kətəbə”lər və üçbucaqlar bəzəyir. “Kətəbə”lər və üçbucaqlar şəkəri, ağ,
sarı, qırmızı rənglərlə işlənmişdir. Sağ və sol hissədəki “kətəbə”lər şaquli, yuxarı və aşağı hissədəkilər isə üfüqi
istiqamətdə təsvir edilmişdir.
1...,24,25,26,27,28,29,30,31,32,33 35,36,37,38,39,40,41,42,43,44,...84