28
Xalça zəngin ara sahəsi və ha­şiyə
quruluşuna malikdir. Xalçanın sa-
rıya çalan açıq-qəhvəyi yerlikli ara
sahəsində bir böyük ölçülü kənarları
dilikli, mavi yer­likli göl və iki kiçik
ölçülü al­tı­bucaqlı medalyon vardır.
Ma­vi yerlikli gölün mərkəzində zo­
ğalı yerlikli medalyon var­dır. Me­
dalyonun içərisində açıq-ya­şıl, ağ,
mavi rəngli gül-çiçək, tünd və açıq-ya-
şıl rənglərlə iş­lən­­miş yarpaq motivləri
vardır. Medalyonun kənarların­da
tünd-qırmızı, çəhrayı, sarı rəng­lərlə
işlənmiş gül-çiçək təs­­vir­ləri verilib.
Gül-çiçək mo­tiv­­lə­ri bir-birinə sumağı
rəngli bu­daqlarla birləşdirilib.
Yuxarı hissədəki ağ yerlikli me­
dalyonun içərisində narıncı, ya-
şıl rəngli altıləçəkli, qırmızı-yaşıl
səkkizləçəkli güllər və qır­mızı-
yaşıl rəngli yarpaqlar vardır. Aşağı
hissədəki sürməyi yerlikli medalyo-
nun içərisində ağac təsviri verilib.
Xalçanın ara sahəsinin boş­luq­
larında dörd, altı, beş, sək­kiz, on­
ləçəkli gül-çiçək motiv­lə­ri işlən­mişdir.
Ara sahənin yuxarı, aşağı və mər­kəzə
yaxın hissələrində kvad­­ratşəkilli me-
dalyonlar təs­vir edilib.
Ara sahənin yuxarı, aşağı boşluq­
larında və mərkəzə yaxın his­sələrdə
“mücrü”, yaxud “sandıq” motivləri
vardır. “San­dıq” mo­tivi “evlilik” mə­
na­­sını daşı­yır. Kvadratşəkilli və “müc­
rü”, yaxud “sandıq” mo­tiv­ləri və
gül-çiçəklər mavi-moru­ğu, sür­məyi-
çəhrayı, şəkə­ri-sü­mə­yi-çəhrayı, sumağı-
sür­mə­­yi, açıq-yaşıl-açıq-qəhvəyi, ağ-
sürməyi, qırmızı-yaşıl, ağ, su­mağı, ağ-
şəkəri-sür­məyi rəng­lərlə tərtib edilib.
Ara sahə mo­tivləri bir-birinə tünd və
açıq-yaşıl və şəkəri rəngli sıx və seyrək
şə­bəkələrlə birləşdirilir. Şə­bəkələr
ümumilikdə Möminə Xatın türbəsi
üzərindəki kufi yazılarını xatırladır.
Xalçanın qırmızı yerlikli haşiyəsi
“qayçıbalıq”, dördləçəkli, al­tıləçəkli
gül-çiçək motivləri ilə bəzədilib.
Gül-çiçək motivləri ma­vi-ağ-qırmızı-
açıq-qəhvəyi, ağ-açıq-yaşıl-moruğu,
ma­vi-açıq-qəh­vəyi-moruğu, açıq-ya­
şıl-mo­ruğu-açıq-qəhvəyi, ağ-qırmızı,
“qay­çıbalıq” motivləri isə mavi-açıq-
qəh­vəyi-qırmızı, ağ-mavi rənglərlə iş­
lənib. Haşiyə daxildən moruğu-mavi
doğanağabənzər motivlər işlənmiş mədaxillərlə əhatə ounub. Kənar mədaxil
hər iki tərəfdən, daxili mədaxil isə xaricdən ağ, tünd-qırmızı qırıq-qırıq xətlərlə
tamamlanır. Daxili mədaxil daxildən moruğu rəngli “su”larla əhatə olunub.
Kənar mədaxilin bəzi hissələrindəki doğanağabənzər motivlər sürməyi, qırmızı
rənglərlə iş­lənib.
Xalçanın kənarları açıq-yaşıl, sürməyi, mavi, açıq-qəhvəyi, moruğu, sarı, su-
mağı rənglərlə hörmə üsu­lu ilə işlənmişdir.
Xalçanın xovu, ərişi yun, arğacı isə pambıqdır. Saxlanma vəziyyəti tamdır.
Xalça bədii, tarixi, elmi əhə­miyyət kəsb edir.
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...84