31
“Balıq” xalçaları böyük ölçülü və əksər hallarda uzunsov formalı olur. Bu xalça-
lar Azərbaycanın yük­sək keyfiyyətli xalçaları sırasına daxildir. “Balıq” kompozi-
siyalı xal­çalar Azərbaycanın müxtəlif böl­gə­lərində toxunmasına baxmayaraq, hər
bölgənin özünəməxsus bədii, texnoloji xü­susiyyətləri və rəng tərtibatı olub.
Bu xalçada rəng tərtibatı yüksək peşəkarlıqla və ənənəvi qanunauyğunluqla həll
edilmiş və göz oxşayan bir görünüş yaradılmışdır.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdır. Saxlanma vəziyyəti tamdır. Xal-
ça bədii, tarixi, el­mi əhəmiyyət kəsb edir.
Xalça. “Balıq”. Yun. Xovlu. 375x195. 1800-cü il.
Naxçıvan qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,23,24,25,26,27,28,29,30,31,32 34,35,36,37,38,39,40,41,42,43,...84