21
yanvar qırğınına ilk düzgün siyasi qiyməti həmin faciənin
səhəri günü Heydər Əliyev verdi.
Vətənin dar günündə özünü Bakıya yetirən və Kreml
re­jiminə yarınan Azərbaycan rəhbərliyinin xəyanəti nəti­
cəsində paytaxtda qala bilməyən Heydər Əliyevin Naxçıva-
na qayıtması 1990 ‒ 1993-cü illərdə Naxçıvanı ermənilərin
işğal təhlükəsindən xilas etdi. Naxçıvanda fəaliyyət göstərən
Heydər Əliyev, eyni zamanda, bütün Azərbaycanın ümid
çırağı idi. Onun 1991-ci ilin fevralında Ali Sovetin sessiyasın-
da çıxışı, SSRİ-nin saxlanmasına dair referendumun Naxçı-
vanda keçirilməməsi buna parlaq sübutdur.
1991-ci il sentyabrın 4-də, özünün etirazlarına baxma-
yaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər
Əliyevi sədr seçdi. Naxçıvanda sovet hakimiyyəti ləğv edil-
di. Azərbaycan Respublikası prezidenti seçkilərini Nax-
çıvanda keçirməmək haqqında qərar qəbul olundu. Ali
Məclisin 5 sentyabr tarixli iclasında muxtar respublikanın
xalq təsərrüfatında yaranmış gərgin vəziyyət, onu normal-
laşdırmaq və böhran vəziyyətindən çıxarmaq tədbirləri
müzakirə edildi
48
. Siyasi fəallığın konkret iqtisadi şərtlərlə
təmin edilməsi Heydər Əliyev dövlətçilik təfəkkürünün
parlaq təzahürü idi.
Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Mux-
tar Respublikası tarixinin məna və mahiyyətinə görə bir-
birindən kəskin surətdə fərqlənən iki dövrü bir-birindən
ayrılırdı ‒ sovet dövrü başa çatır, xalqın arzusunda oldu-
ğu müstəqillik dövrü başlanırdı. Naxçıvanda yeni Azər­
baycanın quruculuğu prosesi gedirdi. Bu tarixi prosesə ulu
öndər Heydər Əliyev başçılıq edirdi.
Müstəqillik hər bir xalqın ən böyük arzusudur. Azər­
bay­canın yenidən istiqlaliyyət əldə etməsi xalqın böyük
nailiy­yəti idi. Hakimiyyət çəkişmələri və siyasi hərc-mərc­
liyin baş alıb getdiyi Bakıdan fərqli olaraq Heydər Əliyevin
rəhbərlik etdiyi Naxçıvan istiqlal mübarizəsi və yeni həyat
quruculuğunun önündə gedirdi. Məhz ilk dəfə Naxçıvanda
SSRİ-nin tərkibindən çıxmaq haqqında qərar qəbul edilmiş,
SSRİ-nin saxlanılması haqqında referenduma etiraz edilmiş-
di. Yeni, müstəqil Azərbaycanın qurulması prosesi Nax-
çıvanda uğurla davam etdirilirdi. Rəsmi Bakı isə Heydər
Əliyev dühasından, Naxçıvan təcrübəsindən faydalanmaq
əvəzinə, Naxçıvana təzyiq göstərmək, muxtar respublika-
nın hüquqlarını məhdudlaşdırmaq yolunu tutmuşdu. Bu
dövrdə Azərbaycan Respublikası Konstitusiyasının 112-ci
maddəsinin Naxçıvan Ali Məclisinin Sədrinə aid bəndinin
çıxarılmasına, ümumiyyətlə, Naxçıvanın muxtariyyətinin
ləğv edilməsinə cəhdlər göstərilmişdi. Lakin bütün bu cəhd­
lər iflasa uğradı. Naxçıvan Muxtar Respublikası tarixin bu
mürəkkəb sınaq çağında da Heydər Əliyev müdrikliyi və qə­
tiyyəti sayəsində öz muxtariyyətini qoruyub saxlaya bildi.
Və bu, sonralar 1998-ci il Konstitusiyasında təsbit olundu.
Bakıda hakimiyyət çəkişmələri şəraitində siyasi hərc-
mərclik və xaosun baş alıb getdiyi halda Naxçıvanda sa-
bit hakimiyyət formalaşmışdı. Blokada şəraitində yaşayan
Naxçıvanda sosial-iqtisadi və mədəni həyatın müxtəlif sa­
hələrindəki nailiyyətlər qorunub saxlanılır, müstəqillik
şə­­raitində ona yeni məzmun vermək uğrunda qətiyyətli
mü­barizə gedirdi. 1991-ci ilin sentyabrından ‒ 1993-cü
ilin iyununadək olan dövrdə Naxçıvanda görülən böyük
işlər Heydər Əliyevin nitq, çıxış və müsahibələrində, dövri
mətbuatda və müxtəlif toplulardakı sənədlərdə əks olun-
muşdur. Onların əsas məzmunu muxtar respublikanın
ida­rə sisteminin təkmilləşdirilməsi, sosial-iqtisadi islahat-
lar hazırlanması və həyata keçirilməsi, blokadanın aradan
qaldırılması üçün həmsərhəd ölkələr, xüsusilə Türkiyə ilə
münasibətlərin yeni səviyyədə qurulmasından və b. ibarət
idi. 1992-ci il mayın 28-də Sədərəkdə Naxçıvanla Türkiyə
arasında körpünün açılışı xüsusilə böyük əhəmiyyətə malik
idi. Heydər Əliyev bu körpünü «arzu və ümidlərimizin kör-
püsü» adlandırmışdı.
Naxçıvan Muxtar Respublikası təkcə öz sərhədləri daxi­
lin­də deyil, bütün Azərbaycan üçün sabitləşdirici ami­lə
çev­rilməkdə idi. Bu, Naxçıvanın Azərbaycanın müasir ta­ri­
xindəki misilsiz xidmətlərindən biri idi. Təsadüfi deyil ki,
1993-cü ilin iyun hadisələri zamanı bütün respublika­nın
diqqəti Naxçıvana yönəldi və xalqın tələbi ilə Naxçı­van
Ali Məclisinin Sədri Heydər Əliyev Bakıya gəldi, respub­li­
kanın siyasi hakimiyyətində dəyişiklik baş verdi, və­tən­daş
müharibəsinin, separatçı qüvvələrin fəaliyyətinin qar­şısı
alındı, sabitlik və əmin-amanlıq yaradıldı, sosial-iqtisadi
islahatların hazırlanması və həyata keçirilməsinə başlan-
dı. Heydər Əliyevin başladığı qur­tuluş mübarizəsi qələbə
çaldı. Azərbaycan Res­pub­likasının rəhbəri kimi Heydər
Əliyevin diq­qət və qayğısı Naxçıvanın sonrakı inkişafında
da həl­ledici rol oynadı.
Azərbaycanın müstəqilliyi dövründə Naxçıvan MR ta-
rixinin ən mühüm siyasi hadisələrindən biri də, onun ta-
rixi və müasir inkişaf sahəsində əldə et­diyi nailiyyətləri
Əcəmi Naxçıvaninin heykəli. Naxçıvan şəhəri.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...84