26
Xalçanın ara sahəsinin əsas bə­zəyi
ara sahədə yerləşdirilmiş iki böyük
ölçülü göldən ibarətdir. Göl­lərin
içərisində “dörd ünsür” elementi
vardır. “Dörd ünsür” ele­mentinin
mərkəzində rombvari medalyon
işlənib. Medalyo­nun içərisində boz,
qəhvəyi, şə­kəri, ağ rənglərlə işlənmiş
dörd­ləçəkli gül, yuxarı, aşağı, sağ
və sol künclərində isə sarı, kərpici
rəng­li səkkizləçəkli güllər vardır.
Güllərin kənarlarında “dörd ünsür”
motivlərinin üzərində kiçik ölçülü
çiçəklər işlənmişdir.
Göllərin kənarları alov dilləri­nə
bənzər çıxıntılardan ibarətdir. Bu
alovlanan palmetlər xalça­nın ara
sahəsindəki boşluqlar is­ti­qamətində
şaxələnərək xal­ça­ya çox zəngin görü-
nüş gətir­mişdir.
Xalçanın ara sahəsinin boşluqla-
rında kiçik və nisbətən böyük öl­çülü
“buta”lar, dörd, altıləçək­li gül-çiçək
və stilləşmiş ceyran təs­virləri verilib.
Ceyran fiqurla­rının üzərində mavi-
çəhrayı, ma­vi-sarı, qəhvəyi-ağ rəngli
kvad­ratşəkilli elementlər vardır. Nis­
bətən böyük ölçülü butaların içə­
risində ağac motivləri işlənib.
Xalçanın şəkəri yerlikli haşiyə­
si yaşıl rəngli dalğavari xətlər­lə bə­
zədilib. Dalğavari xətlə­rin ara­sında
açıq və tünd-yaşıl, ma­­vi, sürməyi,
çəhrayı, şəkəri, açıq- qəhvəyi rəngli
elementlər iş­­lə­nib. Bu elementlər
toy mə­ra­simlərində işlədilən gərdək
pər­dəsinin bəzəklərini xatırladır.
Ha­­şiyənin kənarları şəkəri, kər­pi­
ci rəngli qırıq-qırıq xətlər iş­lən­miş
zəncirələrlə əhatə olunub.
Xalça zəngin rəng palitrasına
ma­likdir. Müxtəlif isti və soyuq
rənglərin ənənəvi qanunauyğunluq-
la uzlaşmasından çox baxımlı, hər
kəsin zövqünü oxşayan bir rəng dü-
zümü yaradılıb.
Xalçanın xovu, ərişi yun, arğacı
isə pambıqdır. Saxlanma vəziyyəti
tam­dır. Xalça bədii, tarixi, elmi
əhəmiyyət kəsb edir.
1...,18,19,20,21,22,23,24,25,26,27 29,30,31,32,33,34,35,36,37,38,...84