36
Xalçanın bədii quruluşu zəngin ara sahə və haşiyə hissəsindən ibarətdir. Kərpiciyə çalan açıq-qırmızı yerlik-
li ara sahənin əsas bəzəyi birinci cərgədə sağa, ikinci cərgədə sola, digər cərgələrdə biraşırı dəyişən düzümlə
tərtib edilmiş “buta” motivlərindən ibarətdir. Butalar hər tərəfdən altıləçəkli çiçəklərlə əhatə olunub. Butaların
arasında ağac motivləri vardır. Ara sahənin boşluqları kiçik ölçülü, cüzi nəzərə çarpan rombşəkilli elementlərlə
doldurulmuşdur. Butaların kənarlarındakı çiçəklər tünd və açıq-qəhvəyi rənglərlə, kənarları isə şəkəri “su”larla
işlənib.
Ara sahəni əhatə edən tünd-qəhvəyi yerlikli haşiyə kiçik ölçülü altıbucaqlı elementlərlə bəzədilib. Altıbucaqlı
elementlərin içərisi dörd hissəyə bölünüb. Bu elementlər sürməyi, zoğalı, sarı, yaşıl rənglərlə, kənarları isə şəkəri
rəngli “su”larla əhatə olunub. Haşiyə xaricdən şəkəri rəngli “su”lar və daxildən kvadratşəkilli motivlərlə tamam-
lanır.
Xalçanın sarı yerlikli kənar haşiyəsi sumağı, tünd-qəhvəyi, ağ, sürməyi, açıq-qırmızı rənglərlə işlənmiş kənarları
dilikli butalarla bəzədilib. Kənar haşiyə hər iki tərəfdən göy rəngli “su”lar və daxildən kvadratşəkilli motivlərlə
1...,28,29,30,31,32,33,34,35,36,37 39,40,41,42,43,44,45,46,47,48,...84