16
nəticəsində Ermənistan Hərbi İnqilab Komitəsi 1920-ci
il dekabrın 28-də Naxçıvanı müstəqil sovet respublikası
kimi tanıdı və daşnakların bu ərazi ilə əlaqədar iddiala-
rından imtina etdiklərini dünyaya bildirdi
37
.
Ermənistan HİK-in bu bəyannaməsi, eyni zamanda, ka-
malçılar Türkiyəsi ilə yaxınlaşmağa çalışan Sovet Rusiya-
sının regionla bağlı xarici siyasətinə uyğun idi.
Beləliklə, əldə olunan uğurlardan istifadə edərək re­
al addımlar atmaq və Naxçıvanın Azərbaycan SSR tər­
kibində muxtariyyətini təmin etmək lazım idi. Bunun
üçün isə ilk əvvəl türklərə Naxçıvanın Azərbaycan SSR
tər­kibində muxtariyyət alacağı barədə təminat verilməli
və buna Moskvanın razılığı əldə olunmalı idi. 1921-ci ilin
fevral-martında bu istiqamətdə danışıqlar aparıldı. Danı-
şıqlarda o dövrdə N. Nərimanovun tapşırığı ilə Moskvaya
getmiş B. Şahtaxtinskinin mühüm xidmətləri olmuşdur
38
.
Sovet ‒ Türkiyə danışıqları nəticəsində 1921-ci il mar-
tın 16-da iki ölkə arasında Moskva müqaviləsi imza-
landı. Müqavilə 16 maddədən və 2 əlavədən ibarət idi.
Onun III maddəsində deyilirdi: «Razılığa gələn hər iki
tərəf Naxçıvan vilayətinin hazırkı Müqavilənin I (s)
əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın protek-
toratlığı altında muxtar ərazi yaratmasına razıdırlar, o
şərtlə ki, Azərbaycan bu protektoratlığı üçüncü dövlətə
güzəştə getməməlidir»
39
. Bu maddə Naxçıvanın taleyi-
nin həll edilməsində tarixi əhəmiyyətə malik oldu. 1921-
ci il oktyabrın 13-də Qarsda bağlanmış Sovet-Türkiyə
müqaviləsi də bu müddəanı təsdiq etdi. Müqavilənin
beşinci maddəsində deyilirdi ki, Türkiyə hökuməti və
Sovet Ermənistanı və Azərbaycanı hökumətləri Naxçıvan
vilayətinin hazırkı Müqavilənin III əlavəsində göstərilən
sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar
ərazi yaratmasına razıdırlar
40
. Azərbaycan MİK-in 1922-
Xalq qəhrəmanı Koroğlunun abidəsi. Naxçıvan.
Əlincə qalası. Culfa.
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...84