15
da Araz Türk Cümhuriyyətini yaratdılar. Paytaxtı Naxçıvan
şəhəri olanAraz Türk Cümhuriyyəti Naxçıvan qəzası, Şərur-
Dərələyəz və Ordubad mahallarını, habelə Sərdarabad, Ulu-
xanlı, Vedibasar, Qəmərli, Mehri və b. əraziləri əhatə edir-
di. Cüm­hu­riyyətin Nazirlər Şurasına Əmir bəy Əkbərzadə
rəhbərlik edirdi. Araz Türk Cümhuriyyəti bölgəni və onun
əhalisini erməni basqınlarından qorumaq məqsədilə silahlı
dəstələr yaratmış və düşmənə qarşı fəal hərbi əməliyyatlar
keçirmişdir.
Düşmən əhatəsində qalmış Araz Türk Cümhuriyyəti özü-
nü Azərbaycan Xalq Cümhuriyyətinin tərkib hissəsi hesab
edir və Bakı ilə əlaqələr yaratmaq üçün bütün imkanlardan
istifadə edirdi. Araz Türk Cümhuriyyətinin nümayəndə
heyəti 1919-cu il martın 8-də Naxçıvandan Bakıya gəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti də Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvana diqqəti artırmağa ça-
lışırdı. Lakin 1919-cu ilin əvvəllərində Naxçıvanı ingilislər
tutdu. Erməniləri dəstəkləyən ingilislərin müdaxiləsi nə­
ticəsində 1919-cu ilin martında Araz Türk Cümhuriyyəti
süqut etdi. Bununla belə, bu Cümhuriyyət Azərbaycanın
düş­düyü çox ağır şəraitdə bölgənin azərbaycanlı əha­lisi­
nin qüvvələrini düşmənlərə qarşı bir­ləşdirməkdə mühüm
rol oynamış, əhalinin daşnaklar tərəfındən
məhv edilməsinin qarşısını almış, ən baş­
lıcası isə bölgənin ermənilərin əlinə keç­
məsinə imkan ver­məmişdi. Və bununla da
Azərbaycan Xalq Cümhuriyyətinin ərazi
bütövlüyü təmin olunmuşdur
34
.
1919-cu ilin ikinci yarısında regionda
ABŞ-ın rolu artdı. Lakin Naxçıvanda Ame­
ri­ka general-qubernatorluğu ya­rat­maq tə­
şəbbüsü də uğursuzluqla nəti­cə­lən­di. Bu
dövrdə Azərbaycan Xalq Cüm­huriyyəti
hö­kuməti ölkənin ərazi bütövlüyü uğrun­
da mübarizədə müəyyən uğurlar qazan-
masına baxmayaraq ehtiyatsızlığa da yol
verdi. Cümhuriyyət hökuməti Er­mə­nis­
tanla 1919-cu il noyabrın 23-də bağ­lanılmış
sazişə inanaraq qoşunlarını Zən­gəzurdan
çıxardı. Bundan istifadə edən ermənilər
Zəngəzuru ələ keçirdilər. Lakin onların
Nax­çıvanla bağlı işğalçılıq planları boşa
çıxdı. Böyük çətinliklər bahasına da olsa,
Naxçıvanı erməni işğalından qorumaq
müm­kün oldu.
1920-ci ilin Aprel işğalı nəticəsində
Azər­baycan Xalq Cümhuriyyəti devrildi.
Şi­mali Azərbaycan sovetləşdirildi. İyu-
lun 28-də Naxçıvanda Sovet hakimiyyəti
qu­ruldu və Naxçıvan Sovet Sosialist
Res­publikası yaradıldı
35
. Respublikanın
ali orqanı Hərbi İnqilab Komitəsi (HİK)
oldu. M. Bəktaşov, A. Qədimov, F. Mah­
mud­bəyov, Q. Babayev və b. HİK-in
tər­kibinə daxil edildilər. HİK-in Azər­
bay­can SSR Xalq Komissarları Şurasının
səd­ri Nəriman Nə
­
rimanova 1920-ci il 10
avqust tarixli mək­tubunda deyilirdi ki,
Naxçıvan diyarı, zəhmətkeşlərin böyük
ək­səriyyətinin arzu və tələblərini nəzərə
ala­raq, özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi
elan etmişdir.
Lakin bu mühüm qərarı reallaşdırmaq üçün Naxçıvanı
daş­nak-erməni təcavüzündən qorumaq lazım idi. 1920-ci ilin
sentyabrında Naxçıvana daşnak-erməni hərbi hissələrinin
hücumu başlandı. Lakin doğma torpağın müdafiəsinə qal-
xan naxçıvanlılar ermənilərin hücumlarını dəf etdilər. Sent-
yabrın 18-də Ordubad azad olundu. Noyabr ayında erməni
hərbi dəstələrinin yeni hücumunun da qarşısı alındı. Əks
hücumla Şərur azad edildi. Beləliklə, bu dövrdə də Naxçı-
van əhalisi doğma diyarın ermənilərin əlinə keçməsinə im-
kan vermədi.
1920-ci il noyabrın 29-da XI Qırmızı Ordu hissələri Er­mə­
nistanda Sovet hakimiyyəti qurduqdan sonra Naxçıvan
üçün təhlükə daha da artdı. Sovet Rusiyası müxtəlif va­si­
tələrlə Naxçıvanın Ermənistana birləşdirilməsinə cəhd gös­
tərdi. Yalnız Naxçıvan əhalisinin inadlı müqaviməti və mü­
barizəsi sayəsində həmin antiazərbaycan siyasətinin həyata
keçirilməsinin qarşısı alındı. Bu işdə Bakıdan Naxçıvana
gələn Azərbaycan SSR Ədliyyə Komissarı Behbud ağa Şah-
taxtinski (1881 ‒ 1924) mühüm rol oynadı
36
. Bütün bunların
Xarabagilan şəhərinin qalıqları. Son tunc
ilk dəmir dövrü. Ordubad.
Açıq səma altında muzey. Naxçıvan.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,7,8,9,10,11,12,13,14,15,16 18,19,20,21,22,23,24,25,26,27,...84