79
gətirir. Bu elementlər qarışyanı, bağla­yı­cı və ya
qarışortası vəzifəsini daşıyır.
Yelən qurşağını təşkil edən elementlərə “su”lar,
“alamun­cuq­lar”, “mə­daxillər”, “zəncirələr”, “bala
haşiyələr”, “ara haşi­yə­lər”, “cağ”lar aiddir.
Naxçıvan xalçalarının rəng palitrası çox zən­
gin­dir. Bu xal­çaların rəngləri şux və parlaq olur.
Bu rənglər Naxçıvanın təbii-coğrafi şəraiti, gözəl
mənzərələri, bağları, meşələri və yaşıl çəmənlikləri
ilə əlaqədar olaraq meydana gəlmişdir. Bu böl­
gədə qırmızı və çəhrayı rənglər boyaq (“marena”)
bitkisindən, qırmızı rəng bəzən “qırmız” adla-
nan böcəkdən, sarı və sarımtıl rəng­lər sarıçöp,
sa­rı­güldən, noxudu və ya şəkəri rənglər soğan
və alma qabığından, palıd rəngi qoz qabığından,
sür­­məyi və göy rənglər təbii indiqodan alınırdı.
Nax­çıvanda təbii rənglərin bo­yama qa­biliyyətini
ar­tır­maq məqsədilə toxucular arasında çox tətbiq
edilən zəy, duz, mal sidiyindən və başqa bərkidici
mad­dələrdən istifadə edilirdi. Naxçıvan xalça sə­
nətinin rəng xü­susiyyətlərindən biri də budur ki,
xalq ustaları tonların isti-soyuqluğunu, kontrast-
lılığını, rəng ahəng­darlığını -qanuna­uyğunluğu­
nu yaxından hiss etmiş və nəticədə göz oxşayan,
xo­­şagəlimli rəng palitrası yaratmışlar. Naxçıvan
xal­çalarının yük­sək sənətkarlıq xüsusiyyətləri on-
ların həm Azərbaycanda, həm də Asiyada geniş
yayılmasına səbəb olmuşdur.
Duz torbası. Zili. Yun. Xovsuz. XIX əsr.
Naxçıvan qrupu. Azərbaycan.
Şəddə. Yun. Xovsuz. XIX əsr.
Naxçıvan qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,71,72,73,74,75,76,77,78,79,80 82,83,84