78
c) Anagüllər. Xalça kompozisiyası üçün xarak­terik
olan bu ele­ment­lə­rin xalçaların adlarının müəy­yən­
ləş­diril­mə­sində əsas və əhə­miyyətli rolu vardır.
ç) Göl və ya kiçik xonçalar. Naxçıvan xalçaların-
da tez-tez rast gəlinən “göl”, “xonça” istilahları me­
dalyon mə­na­sını daşıyır. Azərbaycanın bütün böl­
gələrində toxunan xalçalarda təsadüf edilən göllər
öz formalarına görə müx­təlif olduğu kimi, Naxçı-
vanda toxunan xalçalarda da müx­təlif formalarda
təsvir edilirlər.
d) Qübbələr. Qübbələr əsas elementlər qrupuna
da­xildir və adə­tən xalça kompozisiyasında böyük
göllərin başında (qurtaracağında) yer­ləşdirilir. To-
xucular bu elementləri “başlıq“, yaxud “heykəlbaşı”
adlan­dı­rırlar.
Yelən bəzəyinin elementləri iki növə bölünür: ye­
lənin qarışlarını təş­kil edən elementlər və ye­lə­nin
qur­şağını təşkil edən zo­laqlar.
Yelənin qarışlarını təşkil edən elementlər haşi­yə­
lə­rin kompozisiyasını təşkil edir və qarışları əmə­lə
Cecim. Yun. Xovsuz.
XIX əsr. Naxçıvan qrupu.
Azərbaycan.
Şəddə, fraqment. Yun. Xovsuz. XIX əsr. Naxçıvan qrupu. Azərbaycan.
1...,70,71,72,73,74,75,76,77,78,79 81,82,83,84