74
aid edilir. Bu dövrdə toxunan xalça məmulatı bəzəksiz, saya yerli və birrəngli
olurdu. Sonralar toxucular heyvan yunlarının təbii rənglərindən istifadə
edərək zolaqlı palazları toxumuşlar.
Xalça sənətinin ibtidai dövrünü təşkil edən və keçirtmə üsulu ilə toxunan
palaz zolaqlarının sadə, sulu və naxışlı olmaqla üç bədii inkişaf forması var-
dır. Bu bədii inkişaf formaları cecimlərə də aiddir. Ümumiyyətlə, “palaz”
əhali arasında geniş yayılmışdır. Adətən, palazlar dik hanalarda, cecimlər isə
yer hanalarında toxunurdu.
İkinci dövr xalça sənətinin texniki və başlıca olaraq, bədii cəhətdən inkişa-
fının ilk dövrüdür. Bu dövrdə sadə dolama texnikası ilə əmələ gələn “kilim”
toxu­ma üsulu inkişaf edir. Bu texnikanınmeydana gəlməsi xalçaların üzərində
ibti­dai formalarda sadə naxışlar toxumağa imkan yaratmışdır. Azərbaycanın
bir çox bölgələrində olduğu kimi, Naxçıvanda da palaz və kilimlərdən alaçıq-
larda, dəyələrdə, eləcə də toyxanalarda istər daxili bəzək-döşəmə, istərsə də
xarici örtük kimi istifadə olunurdu.
Üçüncü dövr vərni, şəddə, zili, sumax, ladı toxuma üsulunun meydana gəl­
məsi dövrüdür. Mürəkkəb dolama texnikasının geniş yayıldığı bu dövrdə
xal­ça bə­zəyinin mürəkkəbləşmə və müxtəlif ölçülü naxış elementlərinin inki-
şafı üçün ge­niş imkanlar yaranmışdır.
Xalça sənətinin üçüncü dövrünü təşkil edən və mürəkkəb dolama üsulu ilə
əmələ gələn şəddə və vərnilər əksər hallarda əhalinin maldarlıqla məşğul ol-
duğu yerlərdə toxunurdu. Buna görə də bölgədə bu tipli xalçaların üzərində
başlıca olaraq stilləşmiş heyvan təsvirlərinə daha çox təsadüf edilir. Naxçıva-
nın dağlıq rayonlarında şəddə və vərni toxunuşlu at, dəvə, öküz çulu, pərdə,
məfrəş və s. məişət əşyalarına tez-tez rast gəlinir. Şəddə və vərni istehsalı-
nın Naxçıvanda meydana gəldiyi güman edilir. Naxçıvanda nadir hallarda
ipəkdən toxunmuş vərnilərə də təsadüf edilir. Mürəkkəb dolama üsulu ilə
toxunan zili istər to­xunuşuna görə, istərsə də bədii cəhətdən şəddə və vərniyə
nisbətən daha artıq təkmilləşmişdir. Naxçıvanın zili bəzəklərində şərtiləşmiş
heyvan təsvirlərindən başqa, ibtidai formada bir sıra həndəsi elementlər də mey-
dana gəlmişdir. Burada sumax texnikası ilə xalça məmulatları da toxunmuşdur.
Şəddə. Yun. Xovsuz. XIX əsrin ortaları. Naxçıvan qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
Duz torbası. Yun. Xovsuz. XIX əsr.
Naxçıvan qrupu. Azərbaycan.
1...,66,67,68,69,70,71,72,73,74,75 77,78,79,80,81,82,83,84