71
Zəngin təbiətə, əlverişli coğrafi şəraitə ma­
lik Naxçıvanda hələ qədim dövrlərdən xal­
çaçılığın geniş inkişafı üçün əlverişli şə­rait
olmuşdur. Kül­təpə qədim yaşayış məs­kə­
nin­dən tapılmış (e. ə. IV ‒ III minillik) ib­ti­
dai gil cəhrələr və sü­mükdən hazırlanmış
iy ucları Naxçıvanın o za­man­lar ən qədim
to­xuculuq mərkəzlərindən bi­ri olduğunu
sübut edir. Nax­çıvanda insanlar bir sıra bit­
ki­lərdən boyaq rəngi almağın sir­lə­rinə bə­
ləd olmuş, həmin boyaqlar vasitəsilə mə­
işət­də işlətdikləri gil qabların bir çoxunu
rəng­ləmişdilər. Bu məqsədlə, başlıca olaraq
iki rəng­dən ‒ qara və qırmızıdan istifadə et­
mişlər.
Qədim Naxçıvan sakinlərinin məişətində sümük alətlərinin də
rolu az olmamışdır. Onlar sümükdən, əsasən, toxuculuq alətləri və
tikiş üçün iynələr hazırlayırdılar. Arxeoloji qazıntılar zamanı mə­
lum olmuşdur ki, yerli əhali arasında əkinçilik və maldarlıqla yana-
şı toxuculuq, boyaqçılıq, dulusçuluq və metalişləmə sahələri daha
çox inkişaf etmişdir.
Toxuculuqdan danışarkən Naxçıvanın geyim mədəniyyətini də
xüsusi qeyd etmək lazımdır. Burada qadın geyimlərində, adətən in-
nabı, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi. Geyim dəstindəki
rənglər ən kiçik detallara qədər dəqiqliyi və uyğun çalarlar ilə se-
çilirdi. Muncuqlu tikmə texnikasından istifadə edilərkən, əsasən,
nəbati naxışlar iş­lədilirdi.  Naxçıvan geyimlərində əl işinin səliqəsi,
əhatəliliyi yüksək tex­nologiyadan xəbər verir. Bəzək üçün müxtəlif
tikmə texnikalarından -güləbətin tikmə, məlimə, bafta, zəncirə, qa-
ragöz, sərmə, muncuq­lu tik­mə, piləkli doldurma və s. istifadə edi-
lirdi. Naxçıvanın qadın ge­yim­ləri içərisində müxtəlif tuman növləri
olmuşdur.
Naxçıvana aid kişi geyimləri içərisində Azərbaycanın digər zo-
nalarında olduğu kimi arxalıq, quşqar, şalvar, çuxa, kürk, peşə sə­
ciyyəli yapıncı, dəri, keçə və müxtəlif parçalardan hazırlanan baş
ge­yimlərindən -papaq, təskülah, börk və s. istifadə olunmuşdur.
Orta əsrlərin ərəb müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət
alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə
öz əlyazmalarında dəyərli məlumat vermişlər. X əsrin II yarısına
(982) aid «Hüdud əl-Aləm» əsərində göstərildiyi kimi, Muğan öz
pa­laz və çuvalları, Naxçıvan, Xoy və Səlmas -zili və xalçaları, Şirvan
isə parçaları ilə tanınırdı.
Xalça sənətinin Naxçıvanda geniş yayılmasına və tərəqqisinə xal-
qın məişət və estetik tələbatı səbəb olmuşdur. Adətən, bu ərazidə
istehsal edilən 20-30 m
2
-dək iri ölçülü, qalın toxunuşa malik xov-
lu və keçə, palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalardan
evlərdə döşəmələrin örtülməsində, otaqların isidilməsində və bə­
zədilməsində istifadə edilmişdir. Xalça sənəti Naxçıvanın Şərur,
Şahbuz, Ordubad və Culfa bölgələrində daha geniş yayılmışdır.
Bu ərazidə xalça sənətinin inkişafına qonşu ölkələrlə olan ticarət
əlaqələrinin də təsiri az olmamışdır.
Tarixən Naxçıvanda xalça istehsalında albas və mazex qoyun
cins­­lərindən, keçi, dəvə yunu ilə yanaşı ipəkdən də geniş istifadə
edil­mişdir. Toxunan xalçaların sıxlığı 35x35-dən 40x40-dək, ərişi,
Cecim. Yun. Xovsuz. XIX əsrin əvvəlləri.
Naxçıvan qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,63,64,65,66,67,68,69,70,71,72 74,75,76,77,78,79,80,81,82,83,...84