73
dəvələrin növbələşərək cərgə ilə dü­zülməsi, sarvan və ya çullarla bəzədilmiş dəvə karvanı süjetləri
daim dövr edən əbədi həyatın, ömür karvanının simvolu olmuşdur. Ənənəyə görə, ərişi rəngli
iplikdən çəkilən şəddələrdə doldurucu elementlər kimi istifadə edilən romb və qarmaq forma-
lı həndəsi naxışlar əkin sahəsini, evi, artımı, bolluğu təmsil etmişlər. Xovlu xalçaların bəzəyinə
çevrilmiş « buta» elementi öz bədii quruluşuna və texniki üslubuna görə digər məktəblərdən
fərqlənib , «Naxçıvan butası» adını daşıyır. Naxçıvanın «Namazlıq» xalçaları mavi, sürməyi və
qırmızı rəngli kolorit həlli, naxışların bədii
quruluş üslubu, günbəzlərin təsviri ilə islam
mədəniyyətinin günümüzədək gəlib çatmış
də­yərli nümunələrindəndir.
Azərbaycanın digər bölgələrində olduğu
ki­mi, Naxçıvan qrupu xalçaları da xovsuz və
xovlu texnika ilə toxunmaqla iki qrupa bö-
lünür. Xovsuz texnika ilə toxunan xalçala­ra
həsir, çətən, buriya, palaz, cecim, kilim, vərni,
şəddə, zili, sumax və ladı aiddir. Bu qru­pa
daxil olan xalça və xal­ça məmulatları arğac­
ların əriş iplərinə “sadə keçirtmə”, “mü­rək­
kəb keçirtmə” və “sadə dolama” üsulları ilə
əmə­lə gəlir.
Xovlu texnika ilə toxunanlara xalı və xalçalar daxildir. Xovlu xalçalar “düyünləmə”, yəni “dola-
ma ilmə” və yaxud “qullabı ilmə” üsulu ilə toxunur.
Xovlu və xovsuz xalçaların keçdiyi inkişaf yolu dörd əsas və ardıcıl dövrə bölünür.
Birinci dövr xalça sənətinin ibtidai dövrüdür. Naxçıvanda toxunan palaz və cecimlər bu dövrə
Xalça sənətininüçüncüdövrünü təşkil edənvə
mürəkkəb dolama üsulu ilə əmələ gələn şəddə
vəvərnilər əksər hallarda əhalininmaldarlıqla
məşğul olduğu yerlərdə toxunurdu. Buna
görə də bölgədə bu tipli xalçaların üzərində
başlıca olaraq stilləşmiş heyvan təsvirlərinə
daha çox təsadüf edilir.
Çul. Yun. Xovsuz.
XIX əsrin sonu.
Naxçıvan qrupu.
Azərbaycan.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,65,66,67,68,69,70,71,72,73,74 76,77,78,79,80,81,82,83,84