77
mənası olan ümumi totemi idi. Türkdilli xalqla­rın tə­səvvüründə ma­ral yüksəliş rəmzi və böyük güc nişanəsi
idi. Ma­ra­lın dövri olaraq təzə­lənən ağacabənzər buynuzları cavanlaşma, da­ima təzələnmə və zamanın gedişinin
genişlənməsi kimi yozulur. Su mənşəli sayılan buğa (öküz) qüvvət və qüdrəti təcəssüm etdirən to­tem­dir. Buğa-
nın qədim təsvirləri Şumerdə, Qafqaz Albaniyasında və Mər­kəzi Asiyada tapılmışdır. Ay səcdəgahı sayılan buğa
(öküz) su­rəti XV əsr Şirvanşahlar dövlətinin ger­binin mərkəzini bəzəyir. Bu­ğa surətinin ay mənşəli olmasına
işarə olaraq onun buynuzları bi­lə­rəkdən aypara şəklində verilmişdir. Naxçıvan xalçalarında tez-tez rast gəlinən
əjdaha totemi Azərbaycanda, Türk­mənistanda, habelə Sibir ərazisindəki xalq­ların məişətində və in­cəsənətində
geniş yayılmış mifik heyvandır. Əjdaha totemi insanın hə­yatının uğurlu keçməsi üçün ona yardım­çı olan heyvan
ruhudur. Əjdaha güclülük, çeviklik, müdrik­lik, uzaq­görənlik təcəssümüdür. Şaman mə­ra­simlərində əjdahaların
hə­mişə irə­lidə gedib yola işıq saldıqları tə­səvvür edilirdi. Qədim insan­lar əjda­ha­nın mövcudluğuna inanırdılar.
Naxçıvan xalçalarında ümumi kompozisiyada əsas yer tutan və ən çox gözə çarpan elementlər bütün xalça
kompozisiyalarında olduğu ki­mi beş qrupa bölünür:
a)
Butalar. Azərbaycan ornamentlərində çox geniş isti­fadə olunan bu­ta Naxçıvanın həm xovsuz, həm də xovlu
xalçalarında təsvir edilir.
Xalça kompozisiyasında geniş yer tutan buta Naxçıvan xalçaların­da da müxtəlif formalarda işlənmişdir. Nax-
çıvanın “Şabalıd buta” kompozisiyası öz bədii tərtibatına görə digər bölgələrin buta təsvirli xalçalarından seçilir.
b) Kətəbələr. Xalça kompozisiyasında kətəbə doldurucu rolunu oynayır.Adətən, uzunsov kətəbələrin üzərin­də toxucu-
lar müxtəlif yazılar, süjetli kompozisiyalar və yaxud müstəqil quruluşlu ornamentlər yer­ləş­dirir.
Duz torbası. Yun. Xovsuz. 1900-cü il. Naxçıvan qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,69,70,71,72,73,74,75,76,77,78 80,81,82,83,84