75
Xovsuz xalçaların və xalça məmulatlarının özünəməxsus orna­
mentləri olur. Bu elementlər palaz zolaqları, kilimlərə xas olan
klas­sik elementlər, şəddə və vərni elementləri, zili, ladı, sumax
ele­ment­ləri adı altında birləşərək bir-birindən fərqlənirlər.
Xovsuz xalçalar bütün dövrlərdə digər bölgələrdə olduğu
kimi, Nax­çıvanda da əhalinin məişətinin ayrılmaz tərkib hissəsi
olmuşdur. Qə­dim xalça ustaları məfrəş, xurcun, heybə, çuval,
çul, yüküzü və sair məişət əşyalarının yüngül və yumşaq ol-
masını nəzərə alaraq, onların ək­səriyyətini xovsuz xalçaların
to­xuma texnikası ilə istehsal edirdilər. Bu adət indi də davam
et­məkdədir.
Xalça toxuma sənətinin dördüncü dövrü düyünləmə, yəni əv­
vəllər dolama ilmə, sonralar isə qullabı ilmə texnikası ilə əmələ
gə­lən xovlu xalçatoxuma üsulunun inkişaf etdiyi dövrdür. Bu
dövr is­tər texniki, istərsə də bədii cəhətdən xalça sənətinin yük­
sək inkişaf dövrü hesab edilir. Hələ eramızdan əvvəl tətbiq olu­
nan ilmə düyün texnikası, bütün başqa üsullardan fərqli olaraq,
mürəkkəb kompozisiyaların tətbiq edilməsinə imkan yaratmış­
dır. Bu texnikanın inkişafı ilə əlaqədar yeni istehsal alətləri (də­
mir qayçı, bıçaq) meydana gəlmişdir. İstər xovlu, istərsə də xov-
suz xalçaların toxunma prosesində digər istehsal alətlərindən
(həvə və kirkidən) istifa­də edilmişdir.
Naxçıvanda, əsasən, “Açma-yumma”, “Aran”, “Qoca”, “Buy-
nuz”, “Dər­yanur”, “Balıq“, “Şabalıd buta” adlı xovlu xalçalar,
şəd­də, vər­­ni və zi­li kimi xovsuz xalçalar üstünlük təşkil edir.
Naxçıvan xalçalarının ilmə sıxlığı 30x30-dan 40x40-a qədər
olur. Bu bölgənin xalçalarında bir kv. metrdə 90.000-dən 160.000-ə
qə­dər ilmə yerləşir. Bəzən bir kv. metrdə 200.000
ilməsi olan xal­ça­la­ra da təsadüf edilir. Bu xalçalar
qullabı ilmə toxunuşlu olur.
Naxçıvan qrupuna daxil olan xalçaların ilmə hün-
dürlüyü, yəni qa­lın­lığı 6 mm-dən 10 mm-ə qədər
olur. Burada toxunan xalçalar ək­sər hal­larda uzun-
sov olur. Bu xalçaların sıxlığı orta və az olmasına
bax­mayaraq möhkəm, qalın və xeyli davamlı olur.
Naxçıvan xalçaları zəngin, eyni zamanda, mürək­
kəb kompozisiya quruluşuna malikdir.
Azərbaycanın digər bölgələrində olduğu kimi,
Naxçıvanda da xal­ça sənətinin inkişaf dövrünü təş­
kil edən xovlu xalçaların kompozisiyası müxtəlif
formalı ele­mentlərdən qurulmuşdur.
Naxçıvanda, əsasən, “Açma-
yumma”, “Aran”, “Qoca”,
“Buynuz”, “Dəryanur”, “Balıq“,
“Şabalıd buta” adlı xovlu
xalçalar, şəddə, vər­­ni və zili
kimi xovsuz xalçalar üstünlük
təşkil edir.
Xurcun. Yun. Xovsuz. XIX əsrin əvvəli. Naxçıvan qrupu. Azərbaycan.
Zili, fraqment. Yun. Xovsuz. XIX əsrin
əvvəlləri. Naxçıvan qrupu. Azərbaycan.
Etnoqrafiya muzeyi. Rusiya.
Azərbaycan xalçaları / NAXÇIVAN QRUPU
1...,67,68,69,70,71,72,73,74,75,76 78,79,80,81,82,83,84